Naxçıvanda monopolistlərlə əlbir olan məmurların mənzillərə verilən suya qəsdən normadan artıq xlor qatdırdığı iddia olunur. Sakinlərin fikrincə, məqsəd içməli su problemi yaradaraq əhalini marketlərdə satılan qablaşdırılmış su almağa məcbur etmək və bu sahədə fəaliyyət göstərən monopolistlərə qazanc təmin etməkdir. Boyukmillet.com Gündəlik Naxçıvan’a istinadən xəbər verir ki, artıq üç gündür suyun kəskin iyi və dadı səbəbindən insanlar marketlərə axışaraq qablaşdırılmış su …
Read More »Ləğv edilən Bakı Qızlar Universitetinin müəllimləri ÜSYAN ETDİLƏR: “Faktiki olaraq işsiz qalmışıq” – VİDEO
Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır. Bakı Qızlar Universitetində oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimə, eləcə də texniki işçiyə şamil edilməyib. Müəllimlər deyirlər ki, onları həm tələbələrdən ayrılmaq, həm də işsiz qalmaq narahat edir: “Müəllimlərin sonrakı aqibəti ilə bağlı qərar yoxdur. Məlumdur ki, tələbələrimiz digər …
Read More »Xəzər can almağa davam edir – Bəs hökumət hələ nəyi gözləyir?
Xəzər dənizi bu yay da insan həyatı udmaqda davam edir. Demək olar ki, hər həftə boğulma xəbəri yayılır, hər gün bir ailənin ocağı sönür, hər dəfə də eyni cümlələri eşidirik: “Hadisə nəzarətsiz ərazidə baş verib”, “Vətəndaş təhlükəsizlik qaydalarını pozub”, “Araşdırma aparılır.” Bəs sual olunur: İnsanlar ölməzdən əvvəl dövlət harada idi? İllərdir eyni faciələr təkrarlanır. Eyni çimərliklər, eyni təhlükəli sahələr, eyni …
Read More »Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. Boyukmillet.com xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb. Qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir. “İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq …
Read More »Azərbaycanlılar niyə banka pul qoymur? – AÇIQLAMA
Azərbaycan Mərkəzi Bankının son statistikası ölkədə bank sektoruna etimadın artdığını göstərir. Son bir ildə müddətli bank əmanəti olan şəxslərin sayı 31 faiz artsa da, Azərbaycanda bank depozitlərinin əhali arasında yayılma səviyyəsi hələ də aşağı olaraq qalır. Mərkəzi Bankın məlumatına görə, hazırda ölkədə müddətli bank əmanəti olan 220 609 unikal əmanətçi var. Bu göstərici əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım demək olsa …
Read More »Tez xarab olan mallar üçün gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək
Azərbaycana idxal olunan media materiallarının, tez xarab olan malların, canlı heyvanların və bir sıra digər yüklərin gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan …
Read More »Azərbaycan notariat hərəkətləri barədə məlumatlar vergi orqanına ötürüləcək
Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununa uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, …
Read More »Kartdan karta köçürmələrdə limit məsələsinə RƏSMİ MÜNASİBƏT
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib. Boyukmillet.com Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir. “Son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Ölkədə həyata keçirilən …
Read More »Ramiz Mehdiyevin ailə bankı bağlandı
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2026-cı il 27 iyul tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan …
Read More »Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyən edilməsini təsdiq edən prosedurdur və hər 5 ildən bir həyata keçirilir. 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar