Çərşənbə axşamı , 31 Mart 2026

Cəmiyyət

TBMM Sədri Milli Məclisdə çıxış edir: “Ərdoğanın, Türkiyə xalqının salamını gətirmişəm”

“Əvvəlcə onu deyim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə xalqının Azərbaycan xalqına salamını gətirmişəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Türkiyə parlamentinin üzvlərinin hər biri bugünkü iclasda iştirak etmək istəyir: “İnşallah biz birlikdə belə bir iclası birlikdə Qarabağda keçirək”.

Read More »

DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli zirehli nəqliyyat vasitəsi …

Read More »

TBMM Sədrinin iştirakı ilə Milli Məclisin iclası başladı

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 5 məsələ daxil edilib. İclasda əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxış edəcək. Daha sonra isə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi ikinci oxunuşda, “Təhsil haqqında” və …

Read More »

Prezidentin uzaqgörən siyasəti – “Xudafərin” və “Qız Qalası” su bəndi

Torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycanın dövlət təhlükəsizliyi baxımından mühümdür. İndiyədək separatçılar işğal altında olan torpaqlarda narkotik bitkilər becərib, qanunsuz fəaliyyətlərlə məşğul olublar. Onlar bu əməlləri ilə həm də İranın təhlükəsizliyini təhdid ediblər. Qeyd edək ki, 1994-cü il martın 17-də İrana məxsus “C 130” sərnişin təyyarəsi işğal altında olan Dağlıq Qarabağın hava məkanında Ermənistan tərəfindən vurulmuşdu. Onda İranın Moskvadakı …

Read More »

“Həvəskar xəbər yayımçılığı ordumuza zərər vurmaqdan başqa bir rol oynaya bilməz” – Aydın Quliyev

Azərbaycan Müdafiə Nazirliyinin düşmənlə informasiya müharibəsi məsələləri barədə sosial şəbəkə istifadəçilərinə və xəbər yayımçılarına son müraciəti zərurətdən əmələ gəlib, dövlət və milli təhlükəsizlik mənafelərimizə tam uyğundur və praktik əhəmiyyətə malikdir. Bunu Trend-ə açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, media eksperti Aydın Quliyev deyib. O bildirib ki, indi elə bir dövrdür ki, informsiya məkanında xəbər istehsalçısı və ya yayımçısı olmaq istəyən hər …

Read More »

XİN ermənilərin sosial şəbəkələrdə Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarının yayılması ilə bağlı KİV-in sorğusunu cavablandırıb Boyukmillet.com xəbər verir ki, Leyla Abdullayeva bildirib ki, son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların geniş yayıldığını müşahidə edirik. …

Read More »

Prezidentin köməkçisi: “Cəbhədə vəziyyət gərgin olaraq qalır”

“Humanitar atəşkəs elan olunandan 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədilib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən isə onların layiqli cavabları verilib. Bunun nəticəsində də bizim bir sıra kəndlərimiz işğal azad edilib. Bu barədə Ali Baş Komandan da özünün tvitter hesabından xalqımıza xoş xəbəri çatdırıb”.  Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət …

Read More »

Avropa İttifaqı Qarabağ ərazisinin Azərbaycanın tərkib hissəsi olmasını təsdiqlədi

Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşmüşdür. Baş Prokurluğun Mətbuat xidmətinindən verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirmişdir. Kamran Əliyev prokurorluqda aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, prokurorluq orqanlarında …

Read More »

DYP vətəndaşlara müraciət etdi

Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlum qərarı və müharibə şəraiti ilə bağlı ölkədə gedən proseslər, əlavə daha ciddi tədbirlərin görülməsi zərurəti yaradır. Boyukmillet.com xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vətəndaşlara bununla bağlı müraciət edib. O bildirib ki, hazırda koronavirusa yoluxma faktlarının çoxalması ciddi narahatçılıq doğurur: “Buna görə də yol polisi olaraq …

Read More »

Azərbaycanlı gənclər Nyu-Yorkda etiraz aksiyası keçiriblər

ABŞ-ın Nyu-York şəhərində bir qrup azərbaycanlı gənc ağız və gözlərini bağlayaraq beynəlxalq təşkilatların Ermənistanın Azərbaycanda mülkü əhaliyə qarşı törətdiyi qanlı cinayəti gözməzdən gəlməsini, qərb mətbuatının yaşananlara susmasına etirazlarını bildiriblər. “Report”un xüsusi müxbiri xəbər verir ki, aksiya iştirakçıları ABŞ mətbuatını Azərbaycana dəstəyə səsləyib, beynəlxalq təşkilatları bu işğala və hücumlara qarşı ölkəmizlə həmrəy olmağa çağırıblar. Azərbaycan-Nyu York Assosiasiyasının prezidenti Ərcan Yerdələnli “Report”a bildirib ki, …

Read More »