Bir neçə gün əvvəl, Pirşağı qəsəbəsi “İkinci Sovxoz” ərazisində imkansız vəziyyətdə yaşayan Minayə İmanovanın soyuducuya ehtiyacı olduğu ilə bağlı məlumat vermişdik. Vətəndaşın bu istəyi “Facebook”un Azərbaycan seqmentinin tanınmış səhifələrindən olan “Cayxana TV”də paylaşılandan sonra, adının çəkilməsini istəməyən bir xeyriyyəçi Minayə anaya “Arçelik” marakalı təzə soyuducu göndərib. Soyuducu – jurnalistlər: Məhəmmədəli Qəribli, Samir Feyruzov və İSBAM sədri Samir Adıgözəllinin iştirakı ilə …
Read More »Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən Narkotizmlə mübarizədə dövlət institutları ilə əməkdaşlıq
Əsrimizin bəlası olan narkomaniya problemi bütün dünya dövlətlərində olduğu kimi Azərbaycan hökuməti və cəmiyyətini də narahat edən məsələlərdəndir. Bu gün narkomaniya ilə mübarizə dövlətin əsas prioritet məsələlərindən birinə çevrilmişdir. Ölkəmiz bu istiqamətdə dövlət siyasətini uğurla həyata keçirməklə gənc nəslin sağlam və yüksək ideallar uğurunda tərbiyəsi, habelə genefondumuzun qorunması istiqamətində aparılan işlərə öz müsbət töhfələrini verməkdədir.BMT-nin 1987-ci il Konvensiyasına daxil olan …
Read More »Səhiyyə Nazirliyi təcili yardım üçün həkim axtarır
Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər. Tələb …
Read More »BŞTİ: Növbəti onlayn Apelyasiya komissiyası fəaliyyətə başlayacaq
İyul ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apelyasiya komissiyası fəaliyyətə başlayacaq. Boyukmillet.com xəbər verir ki, valideynlər mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetin “Əlaqə” bölməsi vasitəsilə iyunun 30-dək Apelyasiya komissiyasına müraciət …
Read More »AQTA Cəlilabadda tullantıların küçəyə atılması məsələsinə aydınlıq gətirdi
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı mediada yer almış xəbərlərdə həmin əşyaların daşınması və utilizasiyanın guya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılması ilə bağlı məlumatlar yayılıb. Boyukmillet.com xəbər verir ki, xəstəxanadan qeyd olunan əşyaların, müxtəlif tullantıların ərazidən daşınması və utilizasiyası Qida Təhlükəsizliyi Agentliyinin funksional vəzifələrinə daxil deyil və bununla bağlı Agentliyə hər …
Read More »Ağdam RİH başçısı: “Bu dövr ərzində qərəzli məqsəd güdən yazıların kəskin şəkildə azaldılmasına nail olunub”
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun “Qafqazinfo”ya müsahibəsi: – Hazırda ölkədə pandemiya ilə bağlı xüsusi karantin rejimidir. Bununla bağlı vəziyyəti necə dəyərləndirirsiniz? – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti və pandemiya ilə mübarizədə hamını birliyə çağırmaları nəinki ölkə daxilində, ölkə hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanıb. Qardaş Türkiyənin Azərbaycanın pandemiyaya …
Read More »“Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib
Boyukmillet.com xəbər verir ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad rayon Gənclər və İdman İdarəsi və Cəlilabad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib. Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov bildirib ki, narkomaniya bu gün bəşəriyyəti düşündürən, narahat edən, cəmiyyətin ciddi bəlasına çevrilən və …
Read More »Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır
Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən Open.az-a verilən məlumata görə, sərnişin sayının azalması ilə əlaqədar 30 iyun 2020-ci il tarixdən etibarən aşağıdakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır: – Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı – Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı – Sumqayıtdan saat 17:13-də yola düşən 6018 …
Read More »Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri veriləcək
Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
Read More »Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib – VİDEO
2020-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib. Müdafiə Nazirliyindən Open.az-a verilən məlumata görə, həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb. Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə …
Read More »