Çərşənbə axşamı , 31 Mart 2026

Cəmiyyət

Birinci vitse-prezident: “Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində paylaşım edib. Boyukmillet.com-un məlumatına görə, paylaşımda deyilir:  “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir.Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib.Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) …

Read More »

Bakıda tramvayların bərpasının yolları açıqlandı

Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib. Məlumatda vurğulanır: “Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər”. Xatırladaq ki, Bakıda tramvayların bərpası “Yol hərəkətinin təhlükəsizliyinə …

Read More »

Neçə canlar fəda uğruna Azərbaycan!

Uğrunda canlar fəda olan Azərbaycanımızda son günlərin baş verən hadisələri bu torpağı daha da müqəddəsləşdirdi, bu xalqı daha da yenilməz etdi… Son günlərdə damarlarında axan qeyrətli türk qanı coşur, tüğyan edir xalqımızın! Bu xalq hazırdır ən son damla qanınadək göz bəbəyi qədər əziz olan Vətən torpağının mənfur tapdağında olan hər qarışını özünə qaytara…canı, qanı bahasına olsa belə… Bu gün yaşadığımız …

Read More »

Azərbaycanda daha 215 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Read More »

Azərbaycan beynəlxalq təşkilatların biyabırçılığının qarşısını alacaqdır

Böyük siyasi gücə və iradəyə malik müzəffər Ordumuzun əks hücüm əməliyyatları uğurla davam etməkdədir. Son əməliyyatlar nəticəsində Füzuli və Cəbrayıl şəhərlərində, eyni zamanda onların işğaldan azad olunmuş bir sıra kəndlərində Azərbaycan bayrağı ucaldılmışdır. Ermənistan nəinki hərb cəbhəsində, həmçinin siyasi-diplomatik müstəvidə də məğlubiyyətə uğramaqdadır.Qazanılan qələbələr təkcə silahın gücü deyil, Prezidentin, Millətin Liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun …

Read More »

Bakıda əlavə gücləndirilmiş dezinfeksiya aparılacaq

Son günlərdə Covid-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır. Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib. Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə …

Read More »

Gürcüstanda “Qarabağ Azərbaycandır!” yürüşü keçirilir

Gürcüstanın Qardabani rayonunun mərkəzində yerli azərbaycanlı sakinlər “Qarabağ Azərbaycandır!” adlı yürüş aksiyası keçirirlər. Boyukmillet.com yerli bürosu xəbər verir ki, əllərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları tutan yürüşçülər Azərbaycana dəstək şüarları səsləndirirlər. Askiya çərçivəsində avtomobil karvanı da təşkil olunub.   Yürüş “Azərbaycan!”, “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə davam etdirilir. 

Read More »

AZƏRBAYCAN PREZİDENTİ ŞANLI ZƏFƏR TARİXİ YAZIR

200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüzkar və soyqırımı siyasəti yeridən ermənilər özlərinə saxta tarix yaratmaqla kifayətlənməmiş, tarixi Azərbaycan torpaqlarını “Böyük Ermənistan” ərazisi kimi qələmə vermiş və bu saxta fikirləri ilə beynəlxaq ictimaiyyəti çaşdırmağa çalışmışlar. XX əsr boyu torpaqlarımızı hissə-hissə mənimsəyən ermənilər böyük güclərin köməyi ilə öz dövlətlərini yaratmağa nail oldular. Sovetləşmədən sonra Dağlıq Qarabağa yiyələnmək arzusuna çata bilməyən ermənilər …

Read More »

Azərbaycanın XİN başçısı bu gün Moskvaya səfər edəcək

Bu ilin 8 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu ilin 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

Read More »

Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi

“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. “Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, – o qeyd edib. Xatırladaq …

Read More »