Bazar , 19 May 2024

Cəmiyyət

Azərbaycan universitetlərində dərs ili uzadıldı

Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqqında qərar verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb. Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə iyunun 15-də başlayacaq və iyulun 13-də başa çatacaq. Belə ki, buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək …

Read More »

İçərişəhərdə Novruz tədbirləri ləğv edildi

İçərişəhərdə keçirilməsi nəzərdə tutulan “Yazz!” Festivalı ləğv edilib. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Mətbuat Xidmətindən bildirilib. İdarədən qeyd edilib ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.

Read More »

Çörək satışı qaydalarında virus yayılma risqlərinə rəvac verən normalar hələ davam etdirilir

Koronavirusla bağlı ölkədə qabaqcıl təhlükəsizlik tədbirləri görülür. Məlumdur ki, tədris müəssisələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bununla yanaşı, iaşə obyektlərində, dövlət müəssisələrində dezinfeksiya işləri aparılır. Ancaq marketlərdə çörək və digər qida məhsullarının açıq şəkildə satışı hələ davam edir. Nəzərə almaq lazımdır ki, çörək və digər un məmulatlarının qapalı şəkildə satılması ilə bağlı xüsusi standartlar müəyyən olunsa da, təəssüf ki, hələ də …

Read More »

Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl istintaqa cəlb olunacaq – RƏSMİ AÇIQLAMA (VİDEO)

Eldar Sultanov: “Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır” “İstintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır”. Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Musavat.com-a açıqlamasında bildirib ki, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər. Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə …

Read More »

“Prezidentin islahatlar kursu siyasi analitiklərin və ekspertlərin proqnoz etmədiyi mərhələlərə qədəm qoyur ” – QHT sədri

2018-ci ilin prezident seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən elan olunmuş islahatlar kursu yeni mərhələyə daxil olmaqdadır. 2018 və 2019-cü ilin birinci yarım ilində bu islahatlar ölkənin sosial həyatında böyük  canlanmağa səbəb oldu və bu siyasət bu gün də davam etməkdədir. Ötən ilin ikinci yarım ilindən başlayaraq, həmin islahatlar siyasi mühiti də əhatə etməyə başladı. Bu fikirləri QHT.az saytına açıqlamasında …

Read More »

Murad Dadaşov onları Xəzərə buraxmayacaq – Manaf, Şəbnəm, Mətanət, Damla

Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. Boyukmillet.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Xalq artisti ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( “5-də 5” və “Ay zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib. M. Dadaşov aparıcıya verilişlərin keyfiyyətinin artırılmağı barədə göstəriş verib. Bununla bağlı “5-də 5” proqramı …

Read More »

Naxçıvanda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının yarmarkası keçiriləcək

Naxçıvanda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının yarmarkası keçiriləcək Martın 14-dən 22-dək Naxçıvan şəhərinin Xətai küçəsində yerləşən Mərkəzi bazarda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunacaq. Boyukmillet.com xəbər verir ki, bayram yarmarkasında muxtar respublikanın müxtəlif bölgələrində yetişdirilən meyvə və tərəvəzlər, heyvandarlıq məhsulları ilə yanaşı yerli istehsal müəssisələrinin qida məhsullarının satışı da təşkil olunacaq. Yarmarkada məhsullar bazar qiymətlərindən …

Read More »

BİLƏSUVAR TƏHSİL ŞÖBƏSİNDƏN ŞİKAYƏT VAR….

Ağdərə rayonundan məcburi köçkün İsmayılov Mehman Novruz oğlu Boyukmillet.com informasiya portalına şikayət məktubu ilə müraciət edib. O,müraciətində bildirir ki,Biləsuvar rayonunda məskunlaşıb.1997-ci ildən F.Sadıqov adına Arasbari kəndinin ümumi orta məktəbində müəllim vəzifəsində işləməyə başlayıb.1998-ci ildən həmin məktəbdə direktor vəzifəsinə təyin olunub.Biləsuvar Təhsil şöbəsi tərəfindən ona təzyiq olunaraq ərizə yazıb işdən çıxmasını tələb etmişlər.Bu haqda daha ətraflı Boyukmillet.com vətəndaş Mehman İsmayılovun şikayət …

Read More »

Teledərslər bu gün başladı: CƏDVƏL açıqlandı – BU KANALDA yayımlanacaq

Bu gündən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Dərslərin ibtidai və yuxarı siniflər üçün həftənin hansı günlərində və saat necədə keçirilməsi barədə isə cədvəl açıqlanmayıb. Bu isə narahatlıq yaradıb: şagirdlər hamısı saat 10:00-dan 16:00-dək televiziyanın qarşısında oturmalı və onlara aid teledərsin nə vaxt və hansı fənndən başladığını izləməlidirlərmi? Təhsil Nazirliyinin mətbuat …

Read More »

Azərbaycanda iki nəfər pnevmoniyadan öldü – RƏSMİ MƏLUMAT

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki nəfər ölüb. Boyukmillet.com Oxu.Az-a istinadən xəbər verir ki, hər iki ölüm faktı ötən gün qeydə alınıb. Xəstələrdən biri – 1986-cı il təvəllüdlü xanım martın 10-u saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə “hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün …

Read More »