Bazar ertəsi , 6 May 2024

Cəmiyyət

Vilayət Eyvazov mayoru rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Toğrul Hüseynov Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin (PB) rəisi təyin edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, Qobu PB sabiq Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə yaradılıb. 2019-cu ilin …

Read More »

VI çağırış Milli Məclisin ilk plenar iclası başladı – YENİLƏNİB

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, iclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir. İclasın gündəliyinə 1 məsələ – Təşkilatı məsələlər daxil edilib. İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.  Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli …

Read More »

Milli Məclisin yeni sədri kimdir? – TƏRCÜMEYİ-HAL

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin sədri vəzifəsinə namizədliyini irəli sürdüyü Sahibə Qafarova 1955-ci ildə anadan olub. Boyukmillet.com xəbər verir ki, S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis …

Read More »

Naxçıvan polisindən nəcib təşəbbüs

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə maraqla qarşılanan addım atıb.Boyukmillet.com-un Naxçıvan bürosu xəbər verir ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində avtomobil idarə edən qadınları saxlayıblar. Ancaq onlara qarşı heç bir inzibati protokol tərtib olunmayıb, bunun əvəzində xanımlara gül dəstələri təqdim edilib.Xanım sürücülər təhlükəsizliyimizin …

Read More »

Naxçıvan ordusundakı xüsusitəyinatlı qadınlar — FOTO

Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini hər şeydən üstün tutublar. Bu gün sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımız Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirirlər. Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində qadın hərbi qulluqçuların da fəaliyyəti üçün müasir xidmət şəraiti yaradılıb. Boyukmillet.com bildirir ki, Əlahiddə Ümumqoşun Ordunun …

Read More »

Tanınmış xanımlar bu gün hansı hədiyyəni gözləyir? – SORĞU

Bu gün xanımların bayramıdır. Hər bir xanım 8 Martda öz yaxınlarından, doğmalarından xüsusi diqqət, qayğı və hədiyyə gözləyir. Təbii ki, kişilər xanımların özəl günündə onları xoş sözlərlə təbrik etməklə yanaşı hədiyyə də almağa məcbur qalır. Necə deyərlər, gülsüz, ətirsiz 8 Mart olmaz.Bəs, xanımlar bayramda hansı hədiyyəni gözləyirlər? İndiyədək aldıqları ən dəyərli hədiyyə nə olub?. Xalq artisti Könül Xasıyeva indiyədək heç kimdən dəyərli …

Read More »

İnkişafı ilə düşmənə gözdağı olan diyar-Sədərək

Sədərək rayonu 1990-cı il avqustun 28-də ölkəmizin sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq yaradılıb. Rayon Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir. 1990-cı il yanvarın 16-da Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən rayon əhalisi 3 yaşayış məntəqəsində cəmləşib. Sədərək tarixən bölgənin ən mühüm məntəqələrindən …

Read More »

“İstənilən partiyanın nümayəndəsi gəlsin, üzbəüz onu başa salım” — Siyavuş Novruzov

Boyukmillet.com Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir: – Siyavuş bəy, Konstitusiya Məhkəməsi martın 5-də seçkilərə yekun vurdu. Öncəliklə bu qərarı necə dəyərləndirərdiniz? – Öncəliklə onu qeyd edim ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün tam münbit bir şərait yaradılmışdı. Şəffaf, ədalətli, demokratik seçki keçirildi. Həm ictimai-siyasi vəziyyət, həm də ictimai-siyasi sabitlik mövcud idi. …

Read More »

İSBAM Şəhid Analarını Təbrik Etdi

Ölkəmizdə 8 mart Beynəlxalq qadınlar günü mühüm bayramlardan biri kimi deyərləndirilir.”Qadınlar günü təkcə qadınların deyil, həmdə qadınları təbrik edən kişilərin bayramıdır”.Bu fikirləri Boyukmillet.com-a İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) qadınlar şurasının sədri Mətanət Musayeva bildirib. Mətanət xanım açıqlamasında qeyd edir ki, ”kiməsə sevinc bəxş etmək, ona məxsus olan günü qeyd etmək,həmin günün xoş əhvalını daha da artırmaqla iştirak etmək hər …

Read More »