Cümə , 29 Mart 2024
Drone Cameras

Naxçıvanda “Arıçılıq Məhsulları-bal festivalı” keçiriləcək

Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,festival sentyabrın 26-ı və 27-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək.

Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar öz təsərrüfatlarının məhsullarını sərgiləyəcək və satacaqlar. Həmçinin tədbirdə incəsənət ustalarının ifa edəcəyi bir-birindən gözəl musiqi nömrələri, arıçılıq məhsullarının nümayiş olunduğu dekorasiyalı stendlər qonaqlara təqdim olunacaq.

Festivalda ən yaxşı arıçılıq məhsulları bal nominasiyası üzrə müsabiqə  təşkil ediləcək və qaliblərə diplomlar təqdim olunacaq.

Check Also

Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə …