Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyevanın birbaşa tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə, “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi əsasında 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəb binasının tikinti işlərinə start verilib. Bu barədə Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Goranboyun icra başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış olub.
Read More »Milli Məclisin rəhbərliyi tam tərkibdə dəyişir
Milli Məclisin yeni tərkibdə ilk iclası bu gün saat 11-də öz işinə başlayacaq. Qanunverici orqana rəhbərlik edəcək şəxslərin kimliyi artıq bəllidir. Maraqlıdır ki, parlamentin rəhbərliyində təmsil olunan “dördlük”dən bu dəfə heç kim öz postunu qoruya bilməyib. Belə ki, parlamentdə böyük çoxluğa sahib olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr postuna deputat Sahibə Qafarovanın, birinci vitse-spiker postuna deputat Əli Hüseynlinin, vitse-spiker …
Read More »O plakatı qaldıran qız intihar etdi – ŞOK MƏKTUB
Bakıda feminist qız intihara cəhd edib.Tanınmış fəal Aysel Ələkbərzadə yaşadığı binadan özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib.O, əlində tutduğu şüarla sosial şəbəkələrdə məşhurlaşıb. (bakupost)
Read More »I sinfə şagird qəbulu üzrə qeydiyyat başladı
2020-2021-ci dərs ili üzrə Azərbaycanın bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qaydada qeydiyyat başlayıb. Boyukmillet.com xəbər verir ki, martın 10-da saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar. Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər. Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.
Read More »Milli Məclisin birinci vitse-spikeri postuna namizədi tanıyaq – DOSYE
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilib. İclasda altıncı çağırış Milli Məclisin spiker və vitse-spiker postuna namizədlərin adları müəyyənləşib. YAP-ın Milli Məclisin birinci vitse-spikeri postuna namizədi olan Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib. 1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləyib. …
Read More »Vilayət Eyvazov mayoru rəis təyin etdi
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Toğrul Hüseynov Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin (PB) rəisi təyin edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, Qobu PB sabiq Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə yaradılıb. 2019-cu ilin …
Read More »Milli Məclisin iki komitəsinin sədrliyinə namizədlərin adları məlum oldu
Milli Məclisin iki komitəsinin sədrliyinə namizədlər müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrliyinə Tahir Mirkişilinin, Əmək və sosial siyasət komitəsinin sədrliyinə isə Musa Quliyevin namizədliyi irəli sürülüb.
Read More »VI çağırış Milli Məclisin ilk plenar iclası başladı – YENİLƏNİB
VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, iclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir. İclasın gündəliyinə 1 məsələ – Təşkilatı məsələlər daxil edilib. İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli …
Read More »Milli Məclisin yeni sədri kimdir? – TƏRCÜMEYİ-HAL
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin sədri vəzifəsinə namizədliyini irəli sürdüyü Sahibə Qafarova 1955-ci ildə anadan olub. Boyukmillet.com xəbər verir ki, S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis …
Read More »Naxçıvan polisindən nəcib təşəbbüs
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə maraqla qarşılanan addım atıb.Boyukmillet.com-un Naxçıvan bürosu xəbər verir ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində avtomobil idarə edən qadınları saxlayıblar. Ancaq onlara qarşı heç bir inzibati protokol tərtib olunmayıb, bunun əvəzində xanımlara gül dəstələri təqdim edilib.Xanım sürücülər təhlükəsizliyimizin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
