Türkiyədə yaşayan həmyerlimiz Rauf Adıgözəlli Xocalı soyqırımının qurbanlarını özünəməxsus formada anıb. Boyukmillet.com xəbər verir ki, o, sərt qış ayında baş verən soyqırımın 28-ci ildönümündə Türkiyədə – Marmaris dənizinin sahilində faciənin qurbanlarına Allahdan rəhmət diləyərək, soyuq havada dənizdə üzüb… Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin …
Read More »Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. DSX-dən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 25.06.1983-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Soltanov Elşən Qismət oğlu …
Read More »Bişkekdə Xocalı qurbanları anıldı
Boyukmillet.com-un məlumatına görə bu gün Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sistemində “Dünya Azərbaycanlıları və digər türkdilli xalqları iffifaqı”nın, “türkdilli dövlətlərin siyasətinə dəstək fondunun və Qırğızıstan azərbaycanlıların əlaqələndirmə mərkəzinin birgə təşkil etdiyi Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirildi. Anım Tədbirində Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin geniş oxucu kütləsi iştirak edirdi. Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Qulsayra Dandıbayeva çıxış edərək Azərbaycanın …
Read More »Bakıda qanunsuz fəaliyyət göstərən sexlərdə reyd keçirildi
Boyukmillet.com xəbər verir ki Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan verilən məlumata görə, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər – Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus un və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirilib. …
Read More »Ukrayna Prezidenti Administrasiyasının qarşısında özünü yandırdı – VİDEO
Kiyev şəhərində bir kişi etiraz olaraq Ukrayna Prezidenti Administrasiyasının qarşısında özünü yandırıb. Boyukmillet.com xəbər verir ki, həmin şəxs yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Məlumata görə, vətəndaş bu addımı torpaq məsələsinə görə atdığını bildirib. Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Administrasiyasının qarşısında tibb işçilərinin aksiyası keçirilir. İnsidentin bu aksiya ilə heç bir əlaqəsinin olmadığı vurğulanıb. https://twitter.com/i/status/1232629509612023809
Read More »Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirildi
Boyukmillet.com məlumatına görə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, kitab, foto və rəsm sərgiləri ilə tanış olub, onlara faciəyə həsr olunan …
Read More »Naxçıvan üçün tarixi addım: Yeni qaz və tranzit dəmir yolu xətləri
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri bir sıra məqamlarla, xüsusilə də birgə strateji tərəfdaşlığa əsaslanan mühüm dövlət sənədlərinin imzalanması ilə yadda qaldı. Bu anlaşmalar içərisində Naxçıvan Muxtar Respublikasının gələcək sosial-iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin və Qars-Naxçıvan qaz xəttinin çəkilişi diqqəti daha çox cəlb edir. Bu qərar Naxçıvanın enerji və nəqliyyat blokadasının …
Read More »İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
Fevralın 25-də İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib. İSTAD – İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə düzənlənən tədbir İstanbul Kadıköy Bahariye caddesi Halk Egitim Merkezinin önündən başlayaraq, eyni yolun üzərində olan Süreyya Operasının qarşısında mətbuat açıqlaması və bəyanat səsləndirdilər.İSTAD-ın sədri Səfər Karakoyunlu bildirib ki, Xocalı soyqırımı …
Read More »Göyçayda güclü külək yanğınlara səbəb oldu
Güclü külək Göyçayda bir sıra fəsadlar törədib. Rayonda hektarlarla bağ, bir neçə tövlə yanıb. Boyukmillet.com xəbər verir ki günorta saatlarından əsməyə başlayan külək sonradan güclənib. Qısa vaxt ərzində bir neçə kənddə yanğın baş verib. Yanğınların söndürülməsi üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın hadisələrinin baş verdiyi yerlərə həmçinin FHN-in İsmayıllı …
Read More »İsgəndər Həmidov dünyasını dəyişdi
Azərbaycan xalq hərəkatının liderlərindən biri, 1992-93-cü illər Azərbaycan Respublikasının Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. Məlumatı İ.Həmidovun həkimi, professor Adil Qeybulla Facebook səhifəsindən açıqlayıb. Allah rəhmət eləsin!
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar