Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Tbilisidə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Boyukmillet.com-un məlumatına görə Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.


Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov , Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Cəmilağa Ağayev, Azərkitab Kitab Mərkəzinin direktoru Misirxan Həsənov, M.F.Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstan Parlamentində Azərbaycalıları təmsil edən Millət vəkilləri Azər Süleymanov və Mahir Derziyev çıxış etdilər.

Orucov Kamran

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …