Cümə , 30 Yanvar 2026

Cəmiyyət

“Tərəqqi” medallı diaspor lideri Göygöl və Daşkəsən sakinlərinə müraciət etdi-Möhsüm Aslanova görə

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini, uğurlu diaspor fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Tərəqqi medalına layiq görülmüş Ukraynada yaşayan soydaşımız Qüdrət Hacıyev on minlərlə azərbaycanlıların adından Göygöl-Daşkəsən sakinlərinə müraciət edib. Müraciətdə deyilir: “Əziz dostlar! Dəyərli qardaşlar! Vətənimiz növbəti parlament seçkiləri ərəfəsindədir. Bu seçkilərdə də kifayət qədər xalqını, dövlətini sevən insanlarin namizədliyi qeydə alınıb. Mən xüsusi olaraq bunlardan birinin, …

Read More »

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tərkibindən çıxdığını bəyan etdi. Yalnız bir il yarımdan sonra, 1991-ci ilin sentyabrında Baltikyanı ölkələr müstəqilliyə qovuşa bildilər, həmin ilin sonunda isə Sovet İttifaqının özü dağıldı.1990-cı ilin yanvarında bir tərəfdən erməni təcavüzü digər tərəfdən isə o zamankı Sovet İmperiyası rəhbərliyinin buna şərait yaratması, Azərbaycana qarşı siyasi və iqtisadi təzyiqlərin artması, …

Read More »

Fərid Şahbazlı leriklilərə müraciət etdi: “Deputatın qəbul günü” anlayışını birlikdə yox edəcəyik!

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı Lerik rayon sakinlərinə müraciət edib. Müraciəti təqdim edirik! Əziz leriklilər! Əziz həmyerlilərim! Uzunömürlülər diyarının möhtərəm insanları! Mən Şahbazlı Fərid Tahir oğlu 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakalavr pilləsində Odlar Yurdu Universitetinin Jurnalistika ixtisasını fərqlənmə diplomu ilə və magistr pilləsində isə Türkiyə Respublikasının İstanbul Aydın Universitetinin İctimaiyyətlə əlaqələr ixtisasını bitirmişəm.Hələ məktəb …

Read More »

Naxçıvanda “20 Yanvar faciəsindən 30 il ötür” adlı sərgi açılıb

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “20 Yanvar faciəsindən 30 il ötür” adlı rəsm sərgisi açılıb. Boyukmillet.com xəbər verir ki, sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək faciənin başvermə səbəblərindən, hadisəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, muxtar respublikada fəaliyyət göstərən rəssamlar şəhidlərimizə ehtiram əlaməti olaraq bu mövzuya …

Read More »

Əlmaniz Ələkbərli “İlin jurnalisti” seçilib

17 yanvar tarixində Azərbaycan Yazıçılar Birliyində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Əlmaniz Ələkbərlinin mükafatlandırılması mərasimi baş tutub. Boyukmillet.com xəbər verir ki, yazıçı, publisit, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev Əlmaniz Ələkbərliyə 2019-cu “İlin jurnalisti” mükafatını təqdim edib. Ə.Ələkbərli bildirib ki, əməyinə yüksək dəyərin verilməsi və bu mükafata layiq görlməsi onun üçün çox qururverici və sevindirici olub. Həmçinin Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın idarə heyyətinin …

Read More »

Həyata “Teleskop”la baxış və ya mistikadan gerçəkliyə

Milli və bütövlükdə, Şərq teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan qədim Naxçıvan teatrı yeni ili teatrsevərlərə yeni sənət sevinci bəxş etməklə qarşıladı. Tanınmış yazıçı-dramaturq, ictimai və dövlət xadimi Elçin Əfəndiyevin on bir şəkil və iki epiloqdan ibarət  “Teleskop” pyesi uğurlu səhnə taleyi ilə yaddaşlara yazıldı. Qeyd etmək yerinə düşər ki, belə bir tragikomediyanın səhnələşdirilməsi bir neçə cəhətdən məsuliyyətli və çox ciddi …

Read More »

BAKI DYP-sindəki “məşhur otaqlar”ın taleyi necə olacaq? – VİDEOMÜSAHİBƏ

Son günlər Dövlət Yol Polisi sistemində aparılan köklü islahatlar ictimaiyyətin diqqət mərkəzindədir. “Bakı-Xəbər TV” bu mövzunu yol hərəkəti üzrə ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı ilə müzakirə edib. Azinforum.az jurnalist Məhəmmədəli Qəriblinin müəllifliyi ilə hazırlanan həmin videomüsahibəni təqdim edir.

Read More »

“Soyqırımı nağılları” ilə bəzədilmiş “Naxiçevan”, nar, ərik, üzüm davası, xilaskar 416

(Əvvəli qəzetin 16 yanvar tarixli nömrəsində) … Ermənilərin iddiaları böyükdür. Bəzən düşünürsən ki, bu iddiaları başa düşmək üçün onlar kimi düşünmək lazımdır. Düşünə bilmirsənsə, özünü buna məcbur etməlisən. Heç olmasa bir anlıq. Məsələn, onlar bütün dünyaya car çəkirlər ki, “seçilmiş millətdirlər”. Elə bu “seçilmiş olmaları” səbəbindən Tanrı onları Nuh tufanı ilə sınağa çəkib və ermənilər bu sınaqdan uğurla çıxaraq əzmli …

Read More »

Bu gün məktəblərdə ilk dərs 20 Yanvara həsr olunub

Bu gün ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunan xüsusi dərslər keçirilib. Təhsil Nazirliyindən Boyukmillet.com-a verilən məlumata görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən, tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir. Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin …

Read More »

Yanvarın 20-si “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə Boyukmillet.com-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, yanvarın 21-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Read More »