Şənbə , 18 May 2024

Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləri, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər təşkil edib.

Read More »

Bu gündən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbi ləğv olunub

Bu gündən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən: Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir; Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair …

Read More »

“Azərbaycana gəlmək istəyən ukraynalılar da təxliyə edilir”

“Ukraynadakı azərbaycanlıların təxliyəsi bir neçə qurum tərəfindən əlaqələndirilmiş şəkildə aparılır. Əsas tərəf burada Xarici İşlər Nazirliyidir. XİN təxliyə prosesi ilə bağlı mütəmadi məlumat verir. Biz də həmin məlumatlara istinad edirik. Müəyyən edilmiş qrafiklə bu günə qədər Rumıniya, Polşa və Macarıstandan Azərbaycan vətəndaşları təxliyə edilib. Və onu da qeyd edim ki, təxliyə üçün, yəni Azərbaycana gəlmək üçün Ukrayna vətəndaşları da müraciət …

Read More »

MİDA-dakı “5 saniyə” qalmaqalına görə araşdırma başladı – “Proqram”çılar və ev alanlar dindirilir

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində güzəştli mənzil satışını həyata keçirməsi ciddi narazılıqlar yaratdı. Səbəb isə 442 mənzilin bir neçə saniyədə satılması idi. Boyukmillet.com musavat.com-a istinadən xəbər verir ki, mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin şəffaf keçirilmədiyi qənaətindədir. Bu barədə sosial şəbəkələr vasitəsi ilə ciddi narazılıqlar bildirilir. Güzəştli mənzillərin bu qədər qısa zamanda satılmasının …

Read More »

Qərbi Azərbaycan İcmasının növbəti iclası keçirilmişdir

10 aprel 2022-ci il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti iclası keçirilmişdir.İclası giriş sözü ilə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli açmışdır.Sonra QAİ sədrinin birinci müavini Mirfaiq Mirheydərli son iclasdan ötən iki həftə ərzində bölgədə və dünyada baş verən hadisələr, bu müddətdə Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə məlumat vermişdir. O, aprelin …

Read More »

“Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

Bakı Dövlət Universiteti, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya İttifaqının (İAU) Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı ilə bu il aprelin 17-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağı artırmaq, bacarıqlı və istedadlı şagirdləri seçmək, fərqlənən şagirdləri …

Read More »

Müharibə başlayandan Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb

Bu ilin fevralın 24-dən Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb. Dövlət Miqrasiya Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, müharibə başlayandan indiyədək Azərbaycana 6 163 Ukrayna vətəndaşı daxil olub. Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın …

Read More »

Qərbi Azərbaycan İcmasının Niderlandda nümayəndəliyi TƏSİS EDİLDİ – Fotolar

Niderland Krallığının Haaqa şəhərində Qərbi Azərbaycan İcması nümayəndəliyinin təsis iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini, Azərbaycan Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva iştirak və çıxış edib. Haaqada yerləşən Niderland Türk Azərbaycan Kültür Dərnəyində baş tutan iclasda Həqiqət Hacıyeva İcmanın məqsəd və məramından söz açdıqdan sonra, nümayədəlik öz idarə heyətini seçib.  İcmanın Niderland …

Read More »

Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə münasibət bildirib. Boyukmillet.com-un məlumatına görə, nazir Azərbaycanda koronavirusa yoluxma saylarının kəskin şəkildə azaldığını deyib. Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur: “Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr …

Read More »

Aprelin 8-də Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar əlavələrlə birgə ödəniləcək

Aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə  Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, bu il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın növbəti rüb üzrə ödəniləcək 50 manatı da aprel ayınının pensiyasının üzərinə əlavə olunacaq: “Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay …

Read More »