Bazar , 24 Noyabr 2024

Cəmiyyət

Bakıda “Qərbi Azərbaycan Yaddaşı” layihəsinin təqdimatı keçirilib

Gomap.az milli elektron xəritə üzərindən “Qərbi Azərbaycan Yaddaşı” layihəsi təqdim edilib. Layihə Qərbi Azərbaycan İcması və “Sinam” şirkəti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə həyata keçirilib. Layihənin əsas məqsədi hazırda Ermənistanın nəzarət etdiyi qədim Azərbaycan məskənlərinin tarixi adlarını bərpa etmək, vətənlərini ötən yüzillikdə 4 dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında tərk …

Read More »

Ötən il COVID-19-a yoluxan qadınların dünyaya gətirdiyi 7 körpə ölüb

Son bir ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxan hamilələrin dünyaya gətirdiyi körpələrdən 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib. Bu barədə  Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, hazırda hamilələrin digərləri ilə müqayisədə COVID-19-a yoluxma şanslarının daha yüksək olub-olmadığı və ya daha ağır keçirib-keçirmədikləri məlum deyil: “Hamilə qadınların yaşadıqları fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. …

Read More »

2021-ci il Azərbaycanın postmüharibə reallıqlarını dünyaya qəbul etdirmək istiqamətində atdığı uğurlu addımlarla yadda qaldı

Azərbaycan dövlətinin 2021-ci ildə apardığı daxili və xarici siyasətin əsas istiqaməti, həmçinin 2020-ci ildə 44 günlük  Vətən müharibəsində qazanılan Qələbənin nəticələrinin möhkəmləndirilməsi olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl və paralel fəaliyyətlər həyata keçirib. Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici media orqanlarına müsahibələri vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında …

Read More »

Azərbaycanda unun və çörəyin qiymətlərinə nəzarət gücləndirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib. Bu barədə qurumdan məlumat verilib.   Bildirilib ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal edilən ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb: “Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar nəzarət …

Read More »

Azərbaycanda çörək BU QİYMƏTƏ OLACAQ – RƏSMİ

Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıb. Müraciətdə deyilir: “Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib. Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun …

Read More »

Bakının mərkəzindəki bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Bakının Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib. DİN Mətbuat Xidmətindən bildirilib ki, məhdudiyyət tədbir tam başa çatana qədər davam edəcəkdir. Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal …

Read More »

Yasəmən Möhübbətqızı “Dünya azərbaycanlıları, həmrəy olaq, gücümüz birliyimizdədir!”

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür! Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini təcəssüm etdirir.1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali …

Read More »

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri beş gün işləməyəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 4-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, yanvarın 5-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Read More »

DİM III ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi 2022-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupunda ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib. Mərkəzdən  verilən məlumata görə, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərlərinin dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış ola bilərlər. 1. C.Məmmədquluzadə “Anamın kitabı” 2. C.Cabbarlı “Oqtay Eloğlu” 3. İ.Əfəndiyev “Xurşudbanu Natəvan” …

Read More »

Azərbaycanda bayram münasibətilə aztəminatlı ailələrə 100 manat yardım göstəriləcək

“Azərbaycanda 47 min aztəminatlı ailənin hər birinə bayram münasibətilə birdəfəlik 100 manat məbləğində yardım göstəriləcək”. Boyukmillet.com  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib. Onun sözlərinə görə, növbəti illərdə həssas təbəqəyə aid olan şəxslərin vəziyyəti diqqət mərkəzində olacaq: “Bu istiqamətdə vacib addımlar atılacaq. Gələn ilin dövlət büdcəsindən 1,5 milyard manat sosialyönümlü yardımlara xərclənəcək”. …

Read More »