Çərşənbə axşamı , 7 May 2024

Cəmiyyət

Azərbaycan və Türkiyə Tbilisidə birgə sərgi təşkil edəcək

Türkiyə və Azərbaycanın Gürcüstandakı səfirliklərinin birgə təşkilatçılığı ilə Tbilisidə sərginin keçirilməsi planlaşdırılır. Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib. Onun sözlərinə görə, sərgi hər iki ölkənin mədəni irsinə həsr olunacaq: “Hazırda tədbirin təşkili ilə bağlı müzakirələr aparılır. Sərgini pandemiyadan sonra təşkil edəcəyimizə, Türkiyə və Azərbaycanın Gürcüstanda mədəni diplomatiyasının yeni vüsət alacağına inanıram”. Səfir qeyd edib ki, Türkiyə, Azərbaycan …

Read More »

Koronavirusu gizli keçirənlər vaksin vurdura bilər? – Açıqlama

Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyə Klinikası, Klinik Diaqnostik Laboratoriyasının müdiri Yavər Hacısoy virusu gizli keçirənlər və ya daha çox yaxma analizi vermədən ev şəraitində müalicə almış insanların immunitet sertifikatı əldə edə bilməməsi məsələsi barədə açıqlama verib. Boyukmillet.com-un məlumatına görə, Yavər Hacısoy bildirib ki, orqanizmdə olan igG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir …

Read More »

QMİ məscidlərdə ibadət qaydalarını açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb. QMİ-nin mətbuat xidmətindən  verilən məlumata görə, dini ibadətlər (dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə)) təşkil edilməlidir. Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və …

Read More »

Bakı Gənclər Mərkəzi “Uşaqlar günü”nə həsr olunmuş konsert təşkil etdi – Foto

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Gənclər Mərkəzi tərəfindən Sabunçu rayon Heydər Əliyev adına istirahət parkında bayram konserti təşkil olunub. Konserti giriş sözü ilə açan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva uşaqları təbrik edərək, onların Azərbaycanın gələcək inkişafındakı rolunu xüsusilə vurğulayıb. Konsertdə Həyat Rəqs Ansamblının üzvləri öz maraqlı rəqs nömrələri ilə çıxışlar edərək, bayrama daha da rəng qatdılar. …

Read More »

Bakı-Sumqayıt qatarında bank kartları ilə ödənişin tətbiqinə başlanılır

“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Visa” beynəlxalq kart təşkilatı ilə birlikdə Abşeron Dairəvi Dəmir Yolu Xəttində bank kartları ilə ödənişin tətbiqinə başlayır. Boyukmillet.com  xəbər verir ki, Bakı-Sumqayıt qatarının sərnişinlər xəttin 14 stansiyasında təmassız ödəniş imkanından istifadə edə biləcəklər. Stansiyaların hamısında hər iki istiqamətdə təmassız ödəniş üçün oxuyucu cihazlarla təchiz edilmiş turniketlər quraşdırılıb. Bu …

Read More »

Nazirlik nəticəsi pozitiv çıxan, amma qeydiyyata düşə bilməyənlərlə bağlı məsələyə aydınlıq gətirdi

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyə Klinikası, Klinik Diaqnostik Laboratoriyasının müdiri Yavər Hacısoy COVID-19 virusunun müayinəsi ilə bağlı müsahibə verib. Boyukmillet.com  müsahibəni təqdim edir: – COVID-19 virusunun müayinəsində hansı üsullardan istifadə olunur? – COVID-19 virus xəstəliyi olduğu üçün digər virusların təyinatında olduğu kimi, eyni üsullardan istifadə edilir. Virusalogiya daha çox mikrobioloji müayinə metodu olduğu üçün …

Read More »

Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq

Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə …

Read More »

At ətini mal əti adı altında satmaq istəyən şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayonun Gədəzeyxur kənd sakini Rudik Haqverdiyev Qusar şəhər sakini Rəhman Ərzimanova çəkisi 50 kiloqrama yaxın mənşəyi məlum olmayan, lakin at əti olmasına dair şübhələr …

Read More »

Bakı metrosunda eskalator dəfələrlə dayandırılıb

Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nin “Şah İsmayıl Xətai” stansiyasındakı eskalatorların birində nasazlıq yaranıb. Şahidlər “Report”a bildirib ki, hərəkətdə olan eskalatorun qəfildən dayanması sərnişinlərin həyatı üçün təhlükə yaradıb. Bu zaman eskalatorda olan polislər bələdçilərə xəbərdarlıq edərək eskalatorun işlək vəziyyətə gətirilməməsini tələb ediblər. Xəbərdarlığa baxmayaraq, eskalator yenidən işlək vəziyyətə gətirilib və təkrar dayandırılıb. Polisin xəbərdarlığı və eskalatorun yenidən işə düşməsi daha bir …

Read More »

“Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Zəngin maarifçilik ənənələrinin təsiri ilə yaranmış “Şərq qapısı” qəzetinin ilk nömrəsinin nəşr olunmasından 100 il ötür. 1921-ci il noyabrın 9-da nəşrə başlayan qəzet Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə …

Read More »