Bəzən bir olay bütöv bir sistemin mahiyyətini anlada bilir. Hava Limanı yolunda baş verən son faciə sərxoş vəziyyətdə avtomobildən düşüb yolun ortasına çıxan bir qadının ölümü sadəcə bir qəza deyil, həm də ölkədə istintaq və məhkəmə sisteminin hansı vəziyyətdə olduğunu açıq göstərən nümunədir. Hadisə sadədir: qadın və onunla olan iki nəfər sərxoş halda yolda gedirlər. Qadın qəflətən avtomobildən düşür və …
Read More »Bu ərazilərdə mənzillərin qiyməti KƏSKİN ENDİ
Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin enib. Eləcə də bazara çıxarılan mənzil sayları da artıb. Bu, əsasən Xırdalan, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində eyni hal yaşanır. Boyukmillet.com xəbər verir ki, ekspertlərin sözlərinə görə, satışa çıxarılan sosial evlərin qiyməti aşağı olsa da, onlara da tələbat azdır. Əsas səbəb isə …
Read More »“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? – RƏSMİ AÇIQLAMA
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. Maraqldır ki, qoyun əti əsasən qeyri-müsəlman ölkələrdən igətirilir. Bu da müəyyən narahatlıq yaradır. Çünki islam qaydalarına uyğun formada kəsilmiş heyvanların müsəlmanlara təklif edilməsi həm mənəvi, həm də İslami baxımdan doğru deyil. Bəs bu məsələni necə tənzimləmək olar? Boyukmillet.com bizim.media-ya istinadla …
Read More »Tarixdə Bir İz – Qürurumuzun Adı:8 Noyabr
Bəli, bu tarix – 8 Noyabr – Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunub. Bu gün təkcə Şuşanın azad olunduğu gün deyil, həm də bir millətin ləyaqətinin, birliyinin və mərdliyinin bütün dünyaya nümayiş olunduğu gündür. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının necə möhkəm iradəyə, sarsılmaz qürura və Vətən sevgisinə sahib olduğunu parlaq şəkildə sübut etdi. Hər bir əsgər, hər bir …
Read More »Metro istifadəçilərinə sevindirici xəbər – Sayı artırılır…
Bu ilin sonunadək 36 qatar tərkibli 180 vaqon fəaliyyətdə olacaq. Bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bu gün “Nərimanov” elektrik deposunda 3 yeni qatar xəttə verilmək üçün hazır olacaq.
Read More »Bu ilin 10 ayında 50 aptekdə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb
Cari ilin 10 ayı ərzində 50 aptekə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, bunlardan 8-i Bakıda, 42-i isə digər bölgələrdə fəaliyyət göstərən apteklər olub. Dərman vasitələrinin reseptsiz satışına görə protokollar tərtib edilib.
Read More »Zəfər Günü ərəfəsində müxalifətdən hakimiyyətə birgə çağırış
Azərbaycanda bir sıra müxalif siyasi partiyalar, ictimai təşkilatlar və hüquq müdafiəçiləri bir araya gələrək 8 Noyabr – Zəfər Günü ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin azad olunmasına çağırış ediblər. Toplantı oktyabrın 4-də Müsavat Partiyasının qərargahında, siyasi məhbusların ailə üzvləri, vəkillər, hüquq müdafiəçiləri, jurnalistlər və müxtəlif siyasi təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilib. Görüşdə həmçinin Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi və bir …
Read More »Sabah qısa iş günü olacaq
Sabah iş günü qısaldılacaq. 8 noyabr tarixində Azərbaycanda Zəfər Günü qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, bayramdan əvvəlki iş günü bir saat az olur. Buna görə də 7 noyabr cümə günü iş saatları adi günlərlə müqayisədə bir saat az olacaq./Referans.az
Read More »Uşaqların 95%-i peyvəndlərlə əhatə olunacaq – Nazir AÇIQLADI
Azərbaycanda gələn ilin sonuna uşaqların 95 %-nin peyvəndlərlə əhatə olunması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı çıxışında deyib. Nazirin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, hər bir ölkədə uşaqların 90 faizi peyvəndlə əhatə olunmalıdır: “Bu göstəricilərə nail olunması uşaqlar arasında ölüm hallarının qarşısının alınmasına xidmət edir. Ona …
Read More »Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Boyukmillet.com xatırladır ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub. Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb. Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
