Şənbə , 18 May 2024

Dağlıq Qarabağ münaqişəsi

Füzulidə düşmənin əks-hücum cəhdi dəf edilib, ermənilərin meyitləri döyüş meydanında qalıb

“Düşmənin əks-hücum cəhdi dəf edilib”. Bunu açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.  “Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb”, o vurğulayıb. 

Read More »

Azərbaycan MN: Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib

“Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib”. Bunu açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.  “Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib”, nazirlik rəsmisi vurğulayıb. 

Read More »

Baş Prokurorluq: Mülki əhalinin atəşə tutulması ilə bağlı 5 cinayət işi başlanılıb

“Son döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində baş verən cinayət faktları ilə bağlı 5 cinayət işi başlanılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə deyib. Onun sözlərinə görə, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Read More »

Prezident: “Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq”

“Bildiyiniz kimi, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq …

Read More »

İlham Əliyev: “Bu dəfə biz onlara növbəti dərs verəcəyik”

“Ötən iki gün ərzində bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslərin arasında itkilərin sayı artmaqdadır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.  “Bu ana qədər Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında 2 uşaq olan …

Read More »

MN: Ermənistan ordusunun daha bir zabiti məhv edilib

“Ermənistan ordusunun daha bir zabiti məhv edilib”. Bunu açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.  “Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin zabiti Spartak Köçəryan bu gün məhv edilib”, -o vurğulayıb. 

Read More »

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

“İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirir. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …

Read More »

Vaqif Dərgahlı: “Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”

“Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb”. Bunu açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.  “Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”, – nazirlik rəsmisi deyib.

Read More »

MN: Ermənistan ordusunun alayı darmadağın edilib

“Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib”. Bunu “Report”a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.  “Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat …

Read More »