Cümə , 22 Yanvar 2021
Home » Dağlıq Qarabağ münaqişəsi

Dağlıq Qarabağ münaqişəsi

Füzulidə minaya düşən mülki şəxs vəfat edib

Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb. Baş Prokurorluqdan bildirilib ki, Zabil Babayevin xəstəxanaya çatdırılıb, lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, …

Read More »

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlanıb

Ötən gün Qarabağda daha 3 erməni hərbçisinin qalıqları tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan verib. “Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərin isə Xocavənddən götürülüb. Ümumilikdə 1 138 nəfərin qalıqları tapılıb”, – U.Tadevosyan vurğulayıb. O bildirib ki, Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb: “Hadrutda axtarış işlərinin bərpa …

Read More »

Ermənilərin cəbhəboyu ərazilərdə basdırdıqları minalar zərərsizləşdirildi

Ötən ilin 21-31 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Qazax, Qubadlı, Tərtər rayonları və Mingəçevir şəhəri ərazilərində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 44, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 6 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub. ANAMA-dan bildirilib ki, daxil olmuş 51 …

Read More »

Qubadlıda 18 əsgəri ölümə göndərən erməni zabit SAXLANILDI

Ermənistanda Qarabağ məğlubiyyətinə görə, hərbçilərə qarşı cinayət işləri açılıb. Boyukmillet.com xəbər verir ki, Qubadlının Xanlıq kəndi istiqamətində oktybarın 9-da gedən döyüşlərdə yol verilən səhvlərlə bağlı hərbi hissə komandirinin müavini saxlanılıb. Ölən hərbçilərdən birinin atası kənd uğrunda döyüşlər gedən zaman erməni hərbçilərin Ordumuza məxsus drondan qorunmaq üçün ətraf ərazilərdə gizləndiyini xatırlayıb. Lakin drona əhəmiyyət verməyən hərbi hissə komandirinin müavini hərbçilərə toplanaraq …

Read More »

Ermənistanın əcnəbi terrorçulardan istifadəsinə dair hesabat beynəlxalq təşkilatlara təqdim edilib

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum nəticəsində davam etmiş 44 günlük müharibə ərzində zəbt edilmiş ərazilərin böyük bir hissəsi erməni işğalından azad olunub. Hərbi əməliyyatlar zamanı qazanılmış qələbə işğalçını təslim olmağa məcbur etmiş və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən birgə bəyanatın imzalanması ilə Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilib. …

Read More »

Erməni əslirliyindən xilas edilən gizir bu gün ailəsinə qovuşdu

Vətən müharibəsi zamanı əsir götürülənlərdən biri də Azərbaycan Ordusunun giziri, Yevlax şəhər sakini Baxşəliyev Emin Zahir oğlu idi. Boyukmillet.com xəbər verir ki, noyabrın 10-da imzalanan Qarabağ bəyanatına uyğun olaraq əsirlərin qarşılıqlı dəyişdirilməsi razılığı əsasında Azərbaycana təhvil verilən Emin Baxşəlıyev artıq bu gün ailəsi ilə görüşüb. Qeyd edək ki, Emin Baxşəliyev Ağdərə istiqamətində gedən döyüşlərdə fəallıq göstərib. O, hərbi əməliyyatlar zamanı …

Read More »

Qarabağdakı Türkiyə hərbçiləri azad edilmiş əraziləri minalardan da təmizləyəcək

Ağdamda yerləşəcək Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsində iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin NTV televiziyası məlumat yayıb. Türkiyə hərbçiləri həmçinin Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım fəaliyyətində də rol alacaqlar

Read More »

ANAMA Ermənistanın fosforlu mərmilərdən istifadəsinə dair yeni dəlillər təqdim edib

Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki keçmiş erməni blokpostunun ərazisində 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmiləri aşkar olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat yayıb. “Bu, düşmənin Azərbaycana qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş döyüş sursatından istifadə etdiyinə dair növbəti sübutdur”, – qurumdan bildirilib.

Read More »

Adil Əliyev: “Rus sülhməramlıların belə bir xəritə hazırlamaq səlahiyyəti yoxdur”

“Ermənistan məğlub tərəf olaraq kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra, hər iki tərəfin razılığına əsasən Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta, Sazişin şərtlərinin Ermənistan tərəfindən riayət olunmasının tam təminatını verdi”.  Bunu Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev “Facebook” hesabında yazıb: “Lakin, Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim …

Read More »

Cəbhə boyu ərazilərdə xeyli sayda mina aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 17 müraciət daxil olub. ANAMA-dan verilən məlumata görə, daxil olmuş 17 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 40 operativ və təxirəsalınmaz əməliyyat çıxışı …

Read More »