Cümə , 10 May 2024
Drone Cameras

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Yerevan.today” məlumat yayıb.

Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi KİV-i yalan və dezinformasiya yaymaqdan çəkinməyə, rəsmi hesabat və açıqlamalara istinadən etməyə çağırır.

Check Also

Rusiya XİN: Üçtərəfli bəyanat aktuallığını qoruyur

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun …