Bazar , 22 Noyabr 2026
Drone Cameras

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, “Tesla”nın baş direktorunun “elektromobil istehsalçısı üçün ikinci ən böyük bazara” səfəri öncədən planlaşdırılmamışdı. Mask ölkəyə tam avtonom avtomobillər üçün proqram təminatının təqdim edilməsini nəzərdən keçirmək məqsədilə yüksək səviyyəli Çin rəsmiləri ilə görüşməyi planlaşdırır.

Bundan başqa, iş adamı Çində toplanmış verilənlərin xaricə ötürülməsi üçün icazə almağı gözdən keçirir. Bu, avtonom sürücülük alqoritmlərini öyrətmək üçün lazımdır.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …