Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ səfirliyi: Mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması bizi kədərləndirdi

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün Şuşada baş verən mina partlayışı hadisəsinə münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı səfirliyin “X” hesabında paylaşım edilib.

“Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …