Şənbə , 23 Noyabr 2024

Dağlıq Qarabağ münaqişəsi

Ermənilər Tərtərin kəndlərini yenidən atəşə tutub

Cəbhədə şiddətli döyüşlər davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutur, dinc sakinləri hədəf alır. Oktyabrın 9-u səhər saatlarından başlayaraq düşmən Tərtər rayonun Qazyan, Qapanlı və Qaradağlı kəndlərini artilleriya atəşinə tutur. Nəticədə mülki evlərə ziyan dəyib. Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, döyüşlər davam edir.

Read More »

MN: Xankəndində sığınacaqda xeyli erməni hərbi qulluqçu məhv edildi

Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, Xankəndində yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.

Read More »

Separatçılar ermənilərin yarısının Qarabağdan qaçdığını təsdiqlədilər

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “nümayəndəsi” Artak Beqlaryan bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində – Qarabağda yaşayan ermənilərin yarıdan çoxu evlərini tərk edib. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Beqlaryan qeyd edib ki, ermənilərin əksər hissəsi Ermənistana qaçıb, digər hissəsi isə Qarabağ daxilində yerlərini dəyişiblər. O, bunu hərbi əməliyyatlarla əlaqələndirib. A.Beqlaryanın sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu ərazini tərk edib. O, regionu tərk …

Read More »

Azərbaycan Yunanıstandan səfirini geri çağırıb

Ermənistan silahlı qüvvələrinin bu il sentyabrın 27-də Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib. Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən …

Read More »

Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi

“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. “Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, – o qeyd edib. Xatırladaq …

Read More »

Paşinyan çaşqındır – uduzur, “günah keçisi” və satqın axtarır

Azərbaycanın əks-hücumundan özünü itirən Ermənistan hakimiyyəti “günah keçisi” axtarır. İlk qurban Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Arqişti Kərəmyan oldu. Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə o, tutduğu vəzifədən azad edilib. 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra ölkədə bu vəzifəni daşıyanlar qurbana çevirilirlər. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Onun keçmiş müavini Eduard Martirosyan ötən il …

Read More »

Litvalı jurnalist Qarabağdan yazdı

Litvalı jurnalist Gintaras Visotskasın Dağlıq Qarabağ münaqişəsi barədə köşə yazısı dərc olunub. Boyukmillet.com xəbər verir ki, müəllifin yazısı “slaptai.lt” portalında yayımlanıb. Jurnalist yazıda Avropa KİV-in Azərbaycan Ordusunun Qarabağdakı hərbi əməliyyatlarına emosional reaksiya verdiyini, Ermənistanın Gəncə və Tərtərdə mülki insanları hədəfə alması barədə isə bu tendensiyanı görmədiyini qeyd edir. Azərbaycanın aqressor kimi qələmə verilməsini tənqid edən yazar Gəncə və Tərtərin beynəlxalq aləm tərəfindən …

Read More »

Ermənilər avtomobillə gedən Ağdam sakinlərini vurdu

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket …

Read More »

Ərdoğan: “Ermənistan məğlub olduğu üçün Türkiyənin adını hallandırır”

“Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqları azad edir”. Boyukmillet.com “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Biz azəbaycanlı qardaşlarımızı bütün imkanlarımızla dəstəkləməkdə davam edəcəyik. Ermənistan aldığı zərbədən sarsıldığına, məğlubiyyət nəticəsində qapıldığı ümidsiziliyə görə münaqişədə Türkiyənin də adını hallandırır”, – Türkiyə Prezidenti bildirib. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə …

Read More »

Hikmət Hacıyev Ağstafada məhv edilmiş PUA-nın şəkillərini paylaşdı

“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən uğurla məhv edilib. Dron yaşayış yeri ətrafında uçurdu. Xeyli sayda dinc sakinin həyatı xilas edilib. Ermənistanın dövlət terroru davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. “Sülh tərəfdarları Ermənistanı dayandırmalıdır”, – H.Hacıyev əlavə edib.

Read More »