Şənbə , 23 Noyabr 2024

Dağlıq Qarabağ münaqişəsi

Tərtərdə məskunlaşan məcburi köçkün: “Ermənilər yenidən evlərimizi dağıtdı”

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.  Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.  Düşmən törətdiyi təxribatlardan yenə əl çəkmir və yenidən dinc əhalini hədəfə alıb.  Ermənilərin növbəti dəfə atdığı top mərmiləri nəticəsində bir çox mülki evlər, mülki obyektlər, inzibati binalar, məktəblər və uşaq bağçalarına ziyan dəyib.  Tərtər rayonunda məskunlaşmış Ağdərə rayonundan olan …

Read More »

Hikmət Hacıyev: “Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir”

“Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri var. Qardaş Türkiyə də hər fürsətdə Azərbaycana dəstəyini göstərir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ifadə olunan fikirlər Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir: “Hazırda Türkiyənin bu məsələdə Azərbaycana siyasi və mənəvi dəstəyini görürürük. Bu da …

Read More »

Şöbə müdiri: “Beynəlxalq təşkilatlara məktublar göndərmişik”

“Dağlıq Qarabağın azərbaycanlı icması indiyədək Azərbaycanda akkreditə olunmuş 30-dan çox ölkənin səfiri ilə görüşlər keçirib” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Beynəlxalq şöbəsinin müdiri Aybəniz İsmayılova deyib. “Beynəlxalq təşkilatlarla həftəlik mütəmadi görüşlərimiz olur. Həm yerli, həm də xarici mediada öz sözümüzü demişik. Son 8 gün ərzində Avropanın müxtəlif media nümayəndələrinə onların yaydıqları həqiqətə uyğun olmayan məlumatları puç edən birbaşa məlumatlar göndərmişik. Azərbaycanda …

Read More »

Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlılarla bağlı statistika

“Ermənistan silahlı qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabr tarixindən hazırkı vaxtadək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 19 dinc sakin həlak olub”.  Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.  Onun sözlərinə görə, həlak olanlardan 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır: “Həlak olan dinc sakinlərin 8-i Tərtər, 5-i Goranboy, 4-ü Ağdam, 2-si isə Füzuli …

Read More »

Baş prokuror: “Erməni hərbçilərinin öldürdüyü şəxslər arasında qadın və uşaqlar var”

“Baş Prokururluqda Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaralanması, öldürülməsi ilə bağlı cinayət işi başlanılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə çıxışı zamanı deyib. “Təəssüfdoğurucu hal ondan ibarətdir ki, öldürülənlər arasında qadın və uşaqlar var”, – Baş prokuror əlavə edib.

Read More »

Prezidentin köməkçisi: “Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi atılıb”

“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir”. Bunu “Report”a açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.  “Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir. Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti …

Read More »

TİKA cəbhəyə tibbi yardım göndərib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), vətən torpaqlarının düşmən işğalından azad edilməsi üçün aparılan əməliyyatlar zamanı erməni birləşmələrinin təxribatı nəticəsində düşmən atəşindən yaralanan mülki şəxslərə və ehtiyac duyulduğu zaman qəhrəman hərbçilərə təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədi ilə cəbhəyə 500 ədəd “İlk Yardım Çantası” göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı qurumun Azərbaycandakı nümayəndəliyi verib. Məlumata görə, TİKA tərəfindən cəbhə …

Read More »

ATƏT-in Minsk qrupu həmsədrləri yenidən bəyanat yayıb

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər tərəfləri mülki əhalini qorumaq üçün beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırırlar: “Mülki insanları hədəfə almaq heç bir halda məqbul sayılmır”.

Read More »

Ermənistan hakimiyyətinin yalanları nə ayaq tutur, nə də yeriyir

Ermənistan və ermənilik milli ideologiyasına xidmət edənlər 200 ildir olmazın yalanını danışırlar. Havadarları və himayədarlarına arxayın olaraq cəfəngiyyat danışmaqdan yorulmayan ermənilərin yalanı hətta “ayaq belə tutub yeriyib”. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatından hələ də özünə gələ bilməyən Ermənistan hakimiyyəti və onların təbliğat maşınının uydurduqları yalanlar daha çox yuxulu, yaxud aldığı zərbədən sərsəmləyən adamın danışığına oxşayır. Son günlər beynəlxalq təşkilatlar, …

Read More »