Cümə , 22 Noyabr 2024

Dağlıq Qarabağ münaqişəsi

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Qeyd olunub ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və …

Read More »

Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında

Ermənistanın 27 sentyabr tarixindən etibarən ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribatlarla bağlı son vəziyyət ABŞ-ın geniş izləyici kütləsinə malik Con Batçelor Şou radio proqramında işıqlandırılıb. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən “Report”a verilən məlumata görə, müsahibə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru, Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatçısı Brenda Şefferlə baş tutub. Aparıcı Con Batçelor illərdir Ermənistan tərəfindən işğal altında …

Read More »

BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirilib

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda müzakirələr keçirib. Boyukmillet.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Sentyabr ayında Təhlükəsizlik Şurasının sədri, Nigerin BMT-dəki daimi nümayəndəsi Abdou Abarri keçirilən qapalı məsləhətləşmələrin nəticələri barədə jurnalistlərə açıqlamasında deyib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katibin münaqişə tərəflərinə hərbi əməliyyatların dərhal dayandırılması, gərginliyin azaldılması və təxirə …

Read More »

Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

Azərbaycana qarşı Ermənistan tərəfindən başlanan genişmiqyaslı hücumun ilk saatlarından Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi personalı gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  “Döyüşlər gedən bütün istiqamətlərdə mobil səhra cərrahiyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib. Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi …

Read More »

Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri hərbi-siyasi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə İcmadan məlumat verilib.  İcma təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərindən dinc əhalinin atəşə tutulduğunu və nəticədə mülki şəxslər arasında təlafat baş verdiyini, evlərin, çox mənzilli yaşayış binaların dağıdılması ilə bağlı faktları  beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Həmçinin azərbaycanlı …

Read More »

Ermənilər məcburi köçkün yaşayış kompleksini artilleriya atəşinə tutdu – Fotolar

Bu gün səhər erməni silahlı qüvvələri Tərtər rayonunda 2017-ci ildə açılışı olan 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksini artilleriya atəşinə tutub. Boyukmillet.com-un məlumatına görə, yaşayış kompleksində olan 34 yaşayış binasından yeddisinə, eləcə də infrastruktura ciddi ziyan dəyib. Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verir. Ermənistan dinc sakinləri atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən …

Read More »

Mövlud Çavuşoğlu: “Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir”

“Problemin yeganə həlli yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir”. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.    “Bu olmadığı halda problem həll edilə bilməz. Meydanda və masada Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik”, – nazir əlavə edib.

Read More »

Hikmət Hacıyev: “Azərbaycan Ordusunun məqsədi Ermənistanın hərbi təcavüzünün qarşısını almaqdır”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Respublikasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Wall Street Journal, Reuters, Voice of America, New York Times, CNN International, Politico, Deutsche Well, El Pais, El Periodico, ORF, Bloomberg və Journo) videoformatda brifinqi keçirib. Boyukmillet.com-un xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə məlumat verən H.Hacıyev cəbhəboyu zonada yerləşən mövqelərimizin …

Read More »