Cümə , 22 Noyabr 2024

Dağlıq Qarabağ münaqişəsi

Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir

Sentyabrın 29-u səhər saatlarından etibarən Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir. Boyukmillet.com xəbər verir ki bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilir ki, səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir.

Read More »

MN: Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.  Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb. Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət …

Read More »

Mingəçevirdə F-1 əl qumbarası aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Mingəçevir şəhəri, Maqomayev küçəsi 73 ünvanında əl qumbarasının tapılması barədə məlumat daxil olub. ANAMA-dan “Report“a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi …

Read More »

Komendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti aktivləşdirilib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə 2020-ci il 28 sentyabr saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Boyukmillet.com-un məlumatına görə, komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin …

Read More »

Baş Prokurorluq: Ermənilərin cəzalandırılması ilə bağlı sənədləşmə aparılır

Azərbaycan Respublikası Baş Prokurorluğu təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirməsinə dair məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – xəstəxanaları, tibb …

Read More »

MN: “Ermənistanın Azərbaycana məxsus təyyarəni vurması məlumatı yalandır”

Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. “Bildirirəm ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir”.

Read More »

Samir Adıgözəlli:”Ordumuzun əks hücum əməliyyatları torpaqlarımız tam azad olunana qədər davam edəcəkdir.”

Dünən səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələri növbəti təxribata əl ataraq dinc vətəndaşlarımızı və cəbhə boyu mövqelərimizi atəşə məruz qoymuşdur.Nəticədə dinc sakinlər və ordumuz içərisində yaralılar və şəhid olanlar var. İşğalçı Ermənistanın bu təxribatına cavab olaraq Ali  Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks  hücuma başlamışdır.Ordumuzun əks hücumunun ikinci günündə baş verənlərlə bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar (İSBAM) …

Read More »

MN: Ermənistan ordusu ərzaq qıtlığı və dərman çatışmazlığı ilə üzləşib

“Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.  “Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır. Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması …

Read More »

Saakaşvili: “Qarabağ Azərbaycandır və bu dəyişməzdir”

“Mənim mövqeyim ərazi bütövlüyü prisipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının  suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili öz “Facebook” səhifəsində yazıb. “Əlbəttə, bölgədə çıxarılan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Onların sülhdə yaşamaq hüququ var və bu hüquq qorunmalıdır”, – M.Saakaşvili vurğulayıb.

Read More »

Dövlət Komitəsi ermənilərin mülki vətəndaşları öldürməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il, saat 06:00-dan başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş vermişdir. Əvvəllər də mövcud atəşkəs rejimini dəfələrlə pozan Ermənistan …

Read More »