Şənbə , 28 Dekabr 2024

Daxili siyasət

I Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha yeddi şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Belə ki, iyulun 18-də hərbçi Qurbanov Aydın Əsədulla oğlu Maştağa qəsəbəsi Şəhidlər xiyabanında dəfn ediləcək. Həmin gün həmçinin hərbçilər Kərimov Yaşar Ələkbər oğlu Neftçala rayon Qaramanlı kəndində, …

Read More »

Səmayə Həşimova: Polad Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam

Əvvəllər Səmayə xanımın oğlu Polad deyirdilər, indi isə Poladın anası Səmayə xanım deyirlər. Bu, mənim üçün qürurvericidir. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”un yerli bürosuna açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, iyulun 14-də şəhidlik zirvəsinə yüksəlməsinin dördüncü ili tamam olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib. O, Polad Həşimov kimi qəhrəman övladın anası olmağı ilə fəxr etdiyini bildirib: “Tovuz döyüşlərindən sonra …

Read More »

Konstitusiya Məhkəməsinin sədri: Xarici təcrübənin öyrənilməsi və tətbiqinə xüsusi diqqət yetirilir

Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin inkişaf meyillərinin, o cümlədən xarici ölkələrin konstitusiya məhkəmələrinin təcrübəsinin öyrənilməsinə və bu təcrübənin tətbiq edilməsinə xüsusi diqqət yetirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məhkəmənin fəaliyyətə başlamasının 26-cı ildönümü ilə əlaqədar yazdığı məqalədə qeyd olunub. Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenumu qəbul edilən bir çox qərarlarında beynəlxalq hüquqi aktların, xüsusilə “İnsan …

Read More »

“Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs yaradılıb

“Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalanıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planı”nın gənclərin şəxsi və peşəkar inkişafı üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı 8.9.7-ci yarımbəndinin icrasının təmin edilməsi …

Read More »

Beyləqanın icra başçısı kollektivə təqdim olunub

Azərbaycan Prezidentinin Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əziz İmran oğlu Əzizov iyulun 9-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Ə.Əzizov ona göstərilən etimada görə minnətdarlıq edib.

Read More »

Şuşada TDT-yə üzv ölkələrin liderləri Qarabağ Bəyannaməsini imzalayıblar

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub. Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı məlumat verib. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.

Read More »

Ramin Məmmədov Şəmkirdə vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəmkirdə vətəndaşları qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, qəbul iyulun 9-da keçiriləcək. Sədrin qəbulunda Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər. Qəbul saat 11:00-da Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) keçiriləcək. Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan …

Read More »