Şənbə , 4 May 2024

Daxili siyasət

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Boyukmillet.com xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə – 94 nəfər köçürülüb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı …

Read More »

Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər MSK-ya təqdim edilib

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a F.Mustafa  bildirib. Onun sözlərinə görə, sənədlər bu gün MSK-ya təqdim edilib. Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.

Read More »

Polkovnik prezdentliyə namizədliyini irəli sürdü

Polkovnik prezidentliyə namizədliyini irəli sürdü. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İdarə Prokuroru, Baş Ədliyyə müşaviri (Polkovnik) Məmməd Ağalar Oğlu Əliyev prezidentliyə namizədliyini irəli sürüb. Boyukmillet.com xəbər verir ki, tanınmış ziyalı M.Əliyev 2024-cü il fevral ayının 7-nə təyin olunmuş, respublikamızda keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürmüşdür.

Read More »

Prezident seçkiləri ilə bağlı YAP-ın yerli qərargahları yaradılıb, tərkibi təsdiqlənib

Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi, Yeni Azərbaycan Partiyasının Tədbirlər Planında əks …

Read More »

Azərbaycanda prezidentliyə namizədlərin sayı 4-ə çatıb

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 4-ə çatıb. Boyukmillet.com-un xəbərinə görə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədiyini irəli sürüb. Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Dekabrın 16-da isə Böyük …

Read More »

Naxçıvanda Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. “Report”un yerli bürosu xəbər verir ki, xəbərdarlıqda deyilir: “Hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50 …

Read More »

Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq

Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib. “Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır”, – o deyib. R.Qasımov bildirib ki, digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var.

Read More »

MSK yaxın günlərdə beynəlxalq müşahidəçilərə dəvət məktubu göndərəcək

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident sekçilərini izləyəcək beynəlxalq müşahidəçilərə yaxın günlərdə dəvət məktubu göndərəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, budəfəki seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyəcək: “Biz yaxın günlərdə dəvət məktublarımızı göndərəcəyik”.

Read More »

Zahid Oruc prezidentliyə namizəd olacağını açıqlayıb

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc növbədənkənar Prezident seçkilərində namizəd olacağını açıqlayıb. O, bu barədə “Report”a açıqlamasında məlumat verib. Z.Oruc yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib. Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı …

Read More »

Gələn il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq

Gələn il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. Boyukmillet.com xəbər verir ki, qeyri-iş günləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimində yer alıb. Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri …

Read More »