Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir. Boyukmillet.com xəbər verir ki, dekabrın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət …
Read More »Nazir: “Heydər Əliyevin inkişaf strategiyası dövlətimizin tərəqqisinə möhkəm bünövrə yaradıb”
“Müstəqil Azərbaycanın qurucusu olan Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi inkişaf strategiyası dövlətimizin qüdrətli yüksəlişinə və dayanıqlı tərəqqisinə möhkəm bünövrə yaradıb. Ümummilli liderimizi ehtiramla anırıq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviterdəki səhifəsində yazıb.
Read More »DTX əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini anıblar
Müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Boyukmillet.com xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, …
Read More »YAP rəhbərliyi partiyanı təmsil edən deputatların fəaliyyətindən razıdır?
Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanının parlament fraksiyasının fəaliyyətini dəyərləndirib. Boyikmillet.com xəbər verir ki, o, jurnalistlərə açıqlamasında YAP-ı təmsil edən deputatların üzərlərinə düşən vəzifələri kifayət qədər yerinə yetirdiklərini deyib. T.Budaqovun sözlərinə görə, Milli Məclisdə YAP-ı təmsil edən deputatlar vətəndaşları narahat edəb taleyüklü problemlərin həllində öz mövqelərini daim ortaya qoyurlar: “Eyni zamanda, Azərbaycanda qanunvericilik …
Read More »YAP sədrinin müavini rayon təşkilatları ilə bağlı planı açıqlayıb
“Hazırda Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə təşkilatlanma prosesi həyata keçirilir”. Boyukmillet.com xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, yaxın vaxtlarda rayon təşkilatlarında da bu proseslərə başlanılacaq: “Bundan sonra kəmiyyət tərkibi ilə yanaşı, keyfiyyət tərkibi ilə bağlı məsələrə də diqqətlə yanaşacağıq. Bunun davamı olaraq əlavə işlər görüləcək”.
Read More »YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Yeni Azərbaycan Partiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, partiya nümayəndələri dahi şəxsiyyətin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Read More »Sədr müavini: “YAP üzvlüyündən çıxarılanlar var, lakin məhdud saydadır”
“Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb”. Boyukmillet.com xəbər verir ki, bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bununla bağlı yeni elektron sistem bazası qurulur: “Müxtəlif dövlət qurumları ilə birgə işlər görülür. “ASAN Xidmət” vasitəsilə bütün partiya üzvlərinin məlumatlarının dəqiqləşdirilməsi, onların uçotunun …
Read More »Qarabağda istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara güzəştlər ediləcək
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlər müəyyən ediləcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb. Sərəncamla Nazirlər Kabinetinə bu istiqamətdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək …
Read More »Prezident azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu …
Read More »Azad edilən ərazilərdə iş icazələrinin verilməsi proseduru təkmilləşdiriləcək
Müasir bilik və bacarıqlara malik mütəxəssislər işğaldan azad edilmiş ərazilərə cəlb ediləcək, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi proseduru təkmilləşdiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış …
Read More »