Cümə axşamı , 26 Sentyabr 2024

Daxili siyasət

Prezident və birinci xanım Qubadlı rayonunda səfərdə olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və …

Read More »

İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Boyukmillet.com xəbər verir ki, nekroloqda deyilir: Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də ömrünün 82-ci ilində vəfat etmişdir. Canəli Əkbərov 1940-cı il …

Read More »

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən bir il ötür

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Boyukmillet.com xəbər verir ki, ötən ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub. Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb. Ötən ilin bu günü həmin müjdəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər …

Read More »

Prezident İlham Əliyev və birinci xanım Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Boyukmillet.com xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz Zəngilana. Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il …

Read More »

Zəngilandakı “Ağıllı kənd”də 200 ekoloji ev, 4 bina, məktəb və bağça tikilir

“Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 20-də Zəngilanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya layihə barədə məlumat verərkən deyib. Nazirin sözlərinə görə, innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, …

Read More »

Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Boyukmillet.cdom xəbər verir ki, “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlətimizin başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may …

Read More »

Azərbaycan Prezidenti Zəngilanın Ağalı kəndində həyata keçirilən işlərlə tanış olub

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Kənd təsərrüfatı naziri İnam …

Read More »

Deputat: “Vətən müharibəsində partiyaların həmrəyliyi qələbəyə təsir edən amillərdən biri olub”

“Torpaqlarımızın müdafiəsi məsələsində əksər partiyaların bir araya gəlməsi müharibədə qələbəyə təsir edən amillərdən biri olub”. Boyukmillet.com xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı “dəyirmi masa”da çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün yeni dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək olmaz: “Təəssüf ki, …

Read More »