Bazar ertəsi , 16 Sentyabr 2024

Daxili siyasət

Vilayət Eyvazov Bakıda polis idarəsinə yeni rəis təyin edib

Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, H.Qasımov Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Read More »

Deputat: “Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarındandır”

“Cəbrayıl rayonunun işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarından biri idi. Bu həm rayonun strateji əhəmiyyəti, həm də müharibə dövründə yaratdığı psixoloji üstünlük baxımından xüsusi önəm kəsb edirdi”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. O bildirib ki, Cəbrayıldan erməni silahlı qüvvələrinin çıxarılmasından sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətin qaçılmaz olduğunu anlamağa başladı. Azərbaycan Ordusunun apardığı uğurlu …

Read More »

Prezident Misir Mərdanovu təltif edib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, sabah Misir Mərdanovun 75 yaşı tamam olur.

Read More »

Azərbaycan veteranları Prezident İlham Əliyevə müraciət edib

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən “Nəsillərin görüşü” adlı konfransın iştirakçıları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, müraciətdə deyilir: “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Sizin hərbi-siyasi rəhbərliyinizlə aparılan və böyük zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni bir səhifə açıb, …

Read More »

Bakı rayonlarının bir neçə icra başçısına ciddi xəbərdarlıq edilib

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair video konfrans formatında müşavirə keçirilib. İcra Hakimiyyətindən  verilən məlumata görə, videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə 2 gün öncə Bakıya yağan yağışla bağlı yaranan problemlərə toxunub. Bununla əlaqədar bəzi rayonların İcra Hakimiyyəti başçıları və bəzi …

Read More »

İlham Əliyev: “Bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik”

“Ermənistanda hakimiyyət dəyişikliyi olur və olubdur, ancaq düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. Prezidentin sözlərinə görə, azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib: “Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi. …

Read More »

Bu gün Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq

“Keçən ilin dekabrın 2-də mənim sərəncamımla Azərbaycanda 27 sentyabr Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. “Biz şəhidlərimizi öz …

Read More »

Prezident: “Artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib”

“Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. “Onu da …

Read More »