Cümə , 27 Dekabr 2024

Daxili siyasət

Sabah hər kəs eyvanından bayraq assın

Sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. Boyukmillet.com xəbər verir ki, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir. Eyni zamanda Bakının bəzi küçə və prospektlərində sabaha hazırlıq …

Read More »

Bakı Anım Gününə hazırlaşır

Sentyabrın 27-də Azərbaycanda Anım Günü keçiriləcək. boyukmillet.com xəbər verir ki, Anım Gününə hazırlıq işləri yekunlaşıb. Bakının küçə və prospektlərində 27 sentyabrla bağlı plakatlar asılıb, Vətən müharibəsi barədə şüarlar yazılıb. Binaların eyvanlarından isə Azərbaycan bayraqları asılıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər …

Read More »

“İlham Əliyev BMT-də beynəlxalq qurumları erməni vandallığına münasibət bildirməyə çağırıb”

“Azərbaycan xalqı tarix boyu zaman-zaman ermənilərin soyqırımına məruz qalıb. Belə faciə və müsibətlər ötən əsrin 90-cı illərində Azərbaycan xalqının başına yenidən gətirildi. Onlar işğal etdikləri torpaqlarımızda bütün məktəbləri, mədəniyyət abidələrini, qəbiristanlıqları dağıdaraq yerlə-yeksan ediblər. Məscidlərimiz, tarixi abidələrimiz də dağıntıya məruz qaldı”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib. Ceyhun Məmmədov Onun sözlərinə görə, Ermənistan …

Read More »

Şuşadakı strateji obyektlərin elektrik və istilik təminatına dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iclası videokonfrans formatında keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının 16 sentyabr …

Read More »

Azərbaycan Ombudsmanı beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 21 sentyabr – Beynəlxalq Sülh Günü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Beynəlxalq Sülh Gününün əsası 1981-ci ilin 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qoyulmuşdur. 2001-ci ilin 28 sentyabr tarixində Baş Assambleyanın yekdilliklə qəbul etdiyi qərara uyğun olaraq, hər il 21 sentyabr – Beynəlxalq Sülh …

Read More »

Kəmaləddin Heydərov Cahit Bağçı ilə görüşüb

Sentyabrın 20-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, nazir Kəmaləddin Heydərov səfir Cahit Bağçını səmimi salamlayaraq ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib. O xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud səmimi …

Read More »

Gəncə şəhər Nizami rayon Polis İdarəsinə yeni təyinat olub

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik leytenantı Rübail Valehov təyin edilib. Qeyd edək ki, R.Valehov bundan öncə Kəlbəcər rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzisində çalışıb.

Read More »

Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci ilin 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Prezident Administrasiyasının və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasına dair son vəziyyət təhlil edilib, qısamüddətli və uzunmüddətli perspektivdə qarşıda duran məqsədlər və …

Read More »

Baş nazir buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalayıb

Baş nazir Əli Əsədov “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş …

Read More »