Çərşənbə , 1 Yanvar 2025

Daxili siyasət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb. Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 2-dək nəzərdə tutulmuşdu.

Read More »

Qaradağda avtomobil yolları əsaslı təmir ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncamla Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə …

Read More »

Prezident Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə vəsait ayırıb

Prezident İlham Əliyev Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı …

Read More »

“Böyük Qayıdış arzuları” adlı aksiya keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıda bir neçə ictimai məkanda “Böyük Qayıdış arzuları” adlı sosial aksiya təşkil edib. Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, həmin məkanlarda quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub. Aksiyaya qoşulanlar Vətən müharibəsində qazanılan böyük …

Read More »

“Azərbaycan dilinin Meğri şivələri” monoqrafiyasının ikinci nəşrinin təqdimatı olub

Qərbi Azərbaycan İcmasında tədqiqatçı-pedaqoq Əhmədəli Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan dilinin Meğri şivələri” kitabının (ikinci nəşr) təqdimat mərasimi olub. İkinci nəşrin redaktoru Bakı Dövlət Universitetinin kafedra müdiri professor Abbas Abbasov, rəyçiləri filologiya elmləri doktorları, professor Elbrus Əzizov və professor İbrahim Bayramovdur. Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov …

Read More »

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Prezidentə təqdim olunacaq

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunacaq. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib. Azərbaycanın Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə …

Read More »

Naxçıvanda yeni nazir müavini kollektivə təqdim olunub

Bu gün Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov kollektivə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılovu yeni təyinat münasibəti ilə təbrik edib, hazırkı inkişaf …

Read More »

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır. Boyukmillet.com-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib. Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib. Qeyd edək ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən …

Read More »

Gələn il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq

2024-cü il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq. Boyukmillet.com-un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb. Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək. Qeyd edək ki, dövlət başçısı İlham …

Read More »

Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq

2024-cü il yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq.Boyukmillet.com-un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Read More »