Bazar , 29 Dekabr 2024

Daxili siyasət

Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilib

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və …

Read More »

Prezident: “Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi”

Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edərkən deyib. İkitərəfli münasibətlərə toxunan dövlət başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif …

Read More »

Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçilib

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib. Boyukmillet.com xəbər verir ki, hazırda sessiya davam edir. Qeyd edək ki, Anar ibrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları …

Read More »

Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa ediliblər

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir. Bu barədə Boyukmillet.com  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir. Bildirilib ki, görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən …

Read More »

Prezident mədəniyyət nazirinin müavinləri ilə bağlı fərman imzalayıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, mədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib. Daha bir dəyişiklə nazirin müavinlərinin sayı 4 olaraq müəyyənləşib. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Read More »

Baş prokuror Yevlaxda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev mayın 18-i saat 10:00-da Yevlax Rayon Prokurorluğunun inzibati binasında Yevlax, Naftalan, Bərdə, Tərtər, Goranboy, Xocalı rayon və Mingəçevir şəhər sakinlərinin qəbulunu keçirəcək. Boyukmillet.com xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yevlax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. “Vətəndaşlar yaşadıqları ərazi üzrə …

Read More »

Prezident Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına və birinci xanıma Şuşa Otel-Konqres Mərkəzi Kompleksində yaradılan şərait barədə məlumat verib. Xatırladaq ki, erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, “şeytan yuvası” – “parlamentin” binasının tikintisi planlaşdırılırdı. Ancaq …

Read More »

Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət etdi

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ulu Öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Burada fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Şuşada 23 binadan ibarət yaşayış kompleksinin tikintisi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi …

Read More »

Hikmət Hacıyev: “Azərbaycan var olduqca Ulu Öndər və onun irsi yaşayır!”

“Azərbaycan var olduqca Ulu Öndər və onun irsi yaşayır!”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tviterdə yazıb. “Dahi insanların təqvimdə yalnız doğum tarixləri olur! Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini və 100 illik yubileyini böyük ehtiramla yad edirik”, – o bildirib. …

Read More »