Çərşənbə , 8 May 2024

Daxili siyasət

Mehriban Əliyeva: “20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm”

“20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın instaqram hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşımında yer alıb.”Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – Azərbaycanın Birinci vitse-prezidenti əlavə edib.

Read More »

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Qanlı Yanvar hadisələrindən 33 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə …

Read More »

QHT-lər 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib

Azərbaycan QHT-ləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib. Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib. Agentliyin kollektivi və 300-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətdə Agentliyin icraçı direktoru Aygün Əliyeva və kollektivi, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü …

Read More »

Ukrayna, Gürcüstan və Moldova səfirləri Şəhidlər xiyabanını ziyarət edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Gürcüstan səfiri Zurab Pataradze və Moldova səfiri George Leuka 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqələr Şəhidlər xiyabanını ziyarət ediblər. Boyukmillet.com-un xəbərinə görə, diplomatlar şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları önünə güllər düzüblər. Qeyd edək ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda …

Read More »

Naxçıvanda nağdsız əməliyyatlara görə ƏDV-nin qaytarılması məbləği 17,5 faizə qaldırılıb

Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlara görə əlavə dəyər vergisinin qaytarılması məbləği 17,5 faizə qaldırılıb Boyukmillet.com xəbər verir ki, bu göstərici nağdsız əməliyyatlara görə 15 faizdən 17,5 faizə qaldırılıb. Nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ötən ilin dekabr ayından pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa aparatlarının quraşdırılması ilə …

Read More »

DMX-nin işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri müəyyənləşib (məbləğlər açıqlanmayıb). Qeyd edək ki, qərar bu ilin yanvarın 1-dən …

Read More »

“Korea Post”: “Qara Yanvar”a görə keçmiş SSRİ rəhbərliyi məsuliyyəti daşıyır”

Azərbaycanlılara qarşı 1990-cı il yanvarın 20-də törədilən və tarixə “Qara Yanvar” kimi düşən cinayətə görə keçmiş SSRİ rəhbərliyi məsuliyyət daşıyır. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Korea Post”da dərc olunan məqalədə yazılıb. Məqalədə qeyd olunub ki, BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasına səbəb olan bu hadisələrdən …

Read More »

MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2022-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb. Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər. Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu – yanvarın 5-dən başlayıb. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. MSK …

Read More »

Daxili işlər naziri Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib

Yanvarın 13-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Əlahiddə Çevik Polis Alayında 2022-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Tədbirdə çıxış edən nazir V.Eyvazov ölkədə mövcud olan sabitliyin və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu, əldə …

Read More »