Bazar , 19 May 2024

Daxili siyasət

Gözdən əlillərə verilən təqaüd artırılıb

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 (üç yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Read More »

Müharibə və ya 20 Yanvarla bağlı əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği artırılıb

“Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …

Read More »

20 Yanvar şəhidi ailələrinə verilən təqaüdün məbləği artırılıb

20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Read More »

Qərbi Azərbaycan İcması Azərbaycan hökumətindən kömək istəyib

Qərbi Azərbaycan İcması Azərbaycan hökumətindən Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsinə köməklik göstərməyi xahiş edib. Boyukmillet.com xəbər verir ki, bu barədə icmanın yaydığı müraciətdə bildirilib. İcma Azərbaycan Respublikası hökumətinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq verməsinə, onlara qayğı göstərməsinə və onların dinc şəkildə inkişafına şərait yaratmasına görə təşəkkür edib. Eyni zamanda vətənindən qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə …

Read More »

Qərbi Azərbaycan İcması Ermənistan hökuməti qarşısında bir sıra tələblər irəli sürüb

Qərbi Azərbaycan İcması müraciət yayıb. İcmadan daxil olan məlumatda deyilir: “1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış təşkilatımız hazırda Ermənistan adlanan, əsrlər boyu tarixi vətənləri olmuş ərazilərdən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir.Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər …

Read More »

Biləsuvarda 6 şəhidin xatirə lövhəsinin açılışı olub

Biləsuvar rayonunun Nərimankənd kəndində torpaqların azadlığı uğrunda şəhid olan 6 nəfərin xatirə lövhələrinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, açılışlarda Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Təşkil olunan tədbirlərdə ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin döyüş yolundan danışılıb. Daha sonra şəhidlərin yaşadığı evlərinə vurulan …

Read More »

İlham Əliyev: “Zəngəzur Dəhlizi Azərbaycan üçün strateji layihədir”

Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapdığını qeyd edən dövlətimizin başçısı deyib: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki …

Read More »

Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”

“Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafında Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən söyləyib. “Hazırda biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il göstəriş verilib və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. …

Read More »

Prezident: “Azərbaycan sosial dövlətdir”

“Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlət başçısı söyləyib ki, İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Yəni, biz öz sağlamlığını itirmiş …

Read More »