Bazar ertəsi , 5 Oktyabr 2026

Daxili siyasət

Vüqar Oruc: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir

“Bu gün 26 fevral Xocalıda dinc əhaliyə qarşı erməni-rus hərbi birləşmələrinin və terrorçularının dinc əhaliyə qarşı törətdiyi vəhşiliyin, insanlığa qarşı cinayətin baş verdiyi tarixdir. 26 fevral 1992-ci ildə Xocalı şəhərində törədilmiş soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Dinc əhaliyə qarşı törədilən bu vəhşilik beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi”. Boyukmillet.com xəbər verir ki, bunları Azərbaycan …

Read More »

Xocalı soyqırımından 34 il ötür

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Boyukmillet.com-um məlumatına görə, soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə …

Read More »

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

Naxçıvanda əhalinin içməli su ilə bağlı vəziyyəti yaxşılaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 …

Read More »

Prezident BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, Prezident bununla bağlı “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqi ilə qanunu imzalayıb. Qeyd edək ki, Konvensiya informasiya-kommunikasiya texnologiyalarından istifadə …

Read More »

Kəmaləddin Heydərovun müavinlərinin işdən çıxarıldığı TƏSDİQLƏNDİ

Fövqəladə hallar nazirliyində iki müavinin azad edilməsi rəsmi təsdiqlənib. Bu dəqiqələrdə vəzifələrindən azad edilən Fövqəladə hallar nazirinin müavinləri general-leytenant Etibar Mirzəyevin və digər nazir müavini Orucəli Hacıyevin adları nazirliyin rəsmi portalının rəhbər şəxsləri siyahısından çıxarılıb. Qeyd edək ki, hər iki nazir müavinin işdən azad edilməsi xəbərini eksklüziv olaraq Manset.az xəbər portalı yayımlamışdı./Manset.az

Read More »

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib – CƏDVƏL

“Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncam Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədi daşıyır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında …

Read More »

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun barələrindəki həbs qətimkan tədbirinin mayın 30-na qədər uzadılması üçün məhkəməyə təqdimat daxil olub. Boyukmillet.com-un məlumatına görə, təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Qeyd edək ki, onlar 2025-ci ilin …

Read More »

Azərbaycanda İcra Hakimiyyətində 14 vəzifəli şəxs işdən ÇIXARILDI

Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. Boyukmillet.com oxu.az-a istinadən xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Rövşən Bağırov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin aşağıda adları çəkilən əməkdaşları vəzifələrini itiriblər: 1. İntiqam Əhmadov – Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin …

Read More »

Suraxanı icra başçısına töhmət verilib, Xəzər icra başçısına xəbərdarlıq edilib

Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına (Adil Əliyev) töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına (Elşən Salahov) isə şifahi xəbərdarlıq elan edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məsələ ilə bağlı BŞİH paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirib. …

Read More »

Vüqar Qurbanovun vəzifəsinə namizəd olan şəxs İNFARKT KEÇİRDİ – FOTO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə üç gün əvvəl baş verib. Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra onun yerinə məhz Elçin Əmirovun gətiriləcəyi ehtimal olunurdu. İndi onun səhhətində problemlərin yaranması bu ehtimalı bir qədər azaldır. Bundan əlavə, məlumatlı şəxslər bildirirlər ki, onun əvvəlki rəhbərliyə yaxınlığı və digər məqamlar yayılan məlumatın şayiə olduğunu deməyə əsas verir. …

Read More »