Bazar ertəsi , 26 Oktyabr 2026

Daxili siyasət

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

Naxçıvanda əhalinin içməli su ilə bağlı vəziyyəti yaxşılaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 …

Read More »

Prezident BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, Prezident bununla bağlı “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqi ilə qanunu imzalayıb. Qeyd edək ki, Konvensiya informasiya-kommunikasiya texnologiyalarından istifadə …

Read More »

Kəmaləddin Heydərovun müavinlərinin işdən çıxarıldığı TƏSDİQLƏNDİ

Fövqəladə hallar nazirliyində iki müavinin azad edilməsi rəsmi təsdiqlənib. Bu dəqiqələrdə vəzifələrindən azad edilən Fövqəladə hallar nazirinin müavinləri general-leytenant Etibar Mirzəyevin və digər nazir müavini Orucəli Hacıyevin adları nazirliyin rəsmi portalının rəhbər şəxsləri siyahısından çıxarılıb. Qeyd edək ki, hər iki nazir müavinin işdən azad edilməsi xəbərini eksklüziv olaraq Manset.az xəbər portalı yayımlamışdı./Manset.az

Read More »

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib – CƏDVƏL

“Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncam Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədi daşıyır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında …

Read More »

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun barələrindəki həbs qətimkan tədbirinin mayın 30-na qədər uzadılması üçün məhkəməyə təqdimat daxil olub. Boyukmillet.com-un məlumatına görə, təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Qeyd edək ki, onlar 2025-ci ilin …

Read More »

Azərbaycanda İcra Hakimiyyətində 14 vəzifəli şəxs işdən ÇIXARILDI

Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. Boyukmillet.com oxu.az-a istinadən xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Rövşən Bağırov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin aşağıda adları çəkilən əməkdaşları vəzifələrini itiriblər: 1. İntiqam Əhmadov – Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin …

Read More »

Suraxanı icra başçısına töhmət verilib, Xəzər icra başçısına xəbərdarlıq edilib

Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına (Adil Əliyev) töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına (Elşən Salahov) isə şifahi xəbərdarlıq elan edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məsələ ilə bağlı BŞİH paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirib. …

Read More »

Vüqar Qurbanovun vəzifəsinə namizəd olan şəxs İNFARKT KEÇİRDİ – FOTO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə üç gün əvvəl baş verib. Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra onun yerinə məhz Elçin Əmirovun gətiriləcəyi ehtimal olunurdu. İndi onun səhhətində problemlərin yaranması bu ehtimalı bir qədər azaldır. Bundan əlavə, məlumatlı şəxslər bildirirlər ki, onun əvvəlki rəhbərliyə yaxınlığı və digər məqamlar yayılan məlumatın şayiə olduğunu deməyə əsas verir. …

Read More »

Keçən ay 23 milyon manata yaxın dəyərdə narkotik vasitə dövriyyədən çıxarılıb

Bu ilin yanvar ayında qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min AZN kimi qiymətləndirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun bu ilin yanvar ayı üzrə hesabatında qeyd olunub. Məlumata görə, aşkarlanmış faktlar …

Read More »

Azərbaycanda sərvətlər ədalətli bölünürmü?

“Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir”. Bu sözləri bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti qarşısında çıxış edərkən bildirib. Prezident çıxışında vurğulayıb ki, Azərbaycan karbohidrogen resurslarına sahib ölkə kimi həm özünü neft, qaz, neft məhsulları və elektrik enerjisi ilə təmin edir, həm də bu məhsulları ixrac edir. Əliyevin …

Read More »