Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavinləri Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev vəzifələrindən azad ediliblər. Boyukmillet.com “Unikal”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam verib. Qeyd edək ki, Ə. Qocayev və H.Quliyev bu vəzifəyə 2017-ci ildə təyin olunmuşdular.
Read More »Zahid Orucdan Naxçıvanla bağlı VACİB ÇIXIŞ
Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. Boyukmillet.com-un məlumatına görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri deputat Zahid Oruc iclasda çıxış edərək bildirib ki, müzakirəyə təqdim olunan yeni qanun layihəsi Vətən müharibəsində qələbəmizdən sonra dövlət idarəçiliyi sisteminə …
Read More »Dövlət Təhlükəsizliyi Xidmətində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb
Azərbaycanda kiber təhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib. O qeyd edib ki, kiber təhqiqatın həm prosessual kiber təhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kiber tədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək: “Bu istiqamət üzrə …
Read More »Bakı–Tbilisi–Qars dəmir yolu ilə bağlı yeni film hazırlandı – VİDEO
ADY BTQ dəmir yolu xətti haqqında yeni film hazırlayıb. Boyukmillet.com xəbər verir ki, “BTQ – Avropa və Asiyanı birləşdirən meqa layihə” filmi bu strateji marşrutun əhəmiyyəti, potensialı və həyata keçirilən yeniliklərdən bəhs edir. Bildirilib ki, ADY tərəfindən Orta Dəhlizin mühüm seqmenti olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsindən sonra regionun nəqliyyat xəritəsində yeni imkanlar yaranıb.
Read More »SOCAR “Qarabağ” yatağının işlənməsi konsepsiyasının detallarını açıqlayıb
“Qarabağ” neft-qaz yatağının işlənməsi layihəsi prinsipcə fərqli mənimsəmə konsepsiyası əsasında həyata keçirilir. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib. “Biz çevik sualtı qoşulmalardan istifadə edirik. Bütövlükdə, biz bunu “artıq mövcud infrastruktura əsaslanan işlənmə” kimi müəyyən edirik. Neft-qaz sənayesi üçün bu, prinsipcə yeni yanaşma deyil, lakin söhbət Azərbaycanın əsas …
Read More »Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib
Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən əhalinin ixtiyarına verilib. Boyukmillet.com-un Prezidentin izi ilə Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, divarlarında aşınmalar və zədələnmələr aşkar edilən mərkəzdə yenidənqurma işləri aparılıb. Əsaslı təmir edilən Mədəniyyət Mərkəzi yenidən qurularaq istifadəyə verilib. Burada kino və səhnə fəaliyyəti, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, təlim, məşğələ, yaradıcılıq, inzibati idarəetmə, həmçinin turizmyönümlü xidmətlərin …
Read More »Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi – FOTO, VİDEO
Mayın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli ictimai-siyasi xadim, sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə möhtəşəm ədəbi-bədii gecə keçirilib. Boyukmillet.com-un məlumatına görə, yubiley tədbirindən əvvəl Azərbaycan Milli Kitabxanası tərəfindən teatrın foyesində geniş kitab sərgisi təşkil olunub. Sərgidə Sabir Rüstəmxanlının yaradıcılıq arsenalına aid olan qiymətli əsərlərinin toplusu, müxtəlif illərdə nəşr edilmiş bütün kitabları nümayiş …
Read More »Sahibə Qafarovadan VACİB ÇIXIŞ
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının 26 may 2026-cı il tarixli son iclasında yekun nitqlə çıxış edib. Boyukmillet.com həmin çıxışı təqdim edir: “Hörmətli həmkarlar! Bu gün yaz sessiyasının son iclasıdır. Və mən sizə yaz sessiyasının yekunları barədə qısa bir məlumat vermək istəyirəm. Qeyd edim ki, sessiya ərzində parlamentin on beş iclası keçirilmiş, əlli yeddi qanun və on doqquz qərar …
Read More »Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb
Dövlət Miqrasiya Xidməti (DMX) Bakı-Tbilisi-Bakı marşrutu üzrə ölkə ərazisinə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Böyük Kəsik dəmir yolu stansiyasında miqrasiya xidmətləri göstərməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun yaydığı müraciətdə qeyd olunub. Bildirilib ki, qatarın stansiyada dayanacağı müddət ərzində Bakı-Tbilisi-Bakı marşrutu üzrə ölkə ərazisinə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə miqrasiya xidmətləri operativ qaydada göstərilir. …
Read More »Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM
Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin: 2.1.1. üç ay müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
