Nazirlər Kabineti Şuşa şəhərindəki üç qeyri-yaşayış binası ilə bağlı qərar verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Sökülməsi mümkün olan obyektlərin Siyahısı”na Şuşa şəhəri, Aslan Qaraşarov küçəsində yerləşən üç qeyri-yaşayış binası əlavə edilib.
Read More »Əli Əsədov MÜHÜM QƏRAR imzaladı
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti iyul ayınadək uzadılıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Read More »Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) 3 elektron pul təşkilatının lisenziyalarını ləğv edib. Boyukmillet.com bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun İdarə Heyətinin 13 may 2026-cı il tarixli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 54.1.1-ci maddəsinə əsasən “Azvvallet” MMC-yə verilmiş 9 aprel 2025-ci il tarixli, “Greentek Group” MMC-yə verilmiş 18 sentyabr 2024-cü il tarixli və “Guavapay” MMC-yə …
Read More »Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır
Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, müasir Azərbaycan ədəbi dilinin saflığının qorunması, cəmiyyətdə bununla bağlı məlumatlılığın artırılması məqsədilə “Redaktor” adlı televiziya layihəsi həyata keçiriləcək. Layihə üzrə konkret nümunələr əsasında Azərbaycan dilinin orfoqrafiya və orfoepiyasına dair məlumat veriləcək. Bununla yanaşı, indiyədək yalnış bildiyimiz sözlərin də düzgünlüyünə toxunulacaq.
Read More »Diplomatlarla bağlı mühüm yeniliklər
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com-un məlumatına görə, qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Layihəyə əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinin strukturu yenidən müəyyənləşdirilir. Belə ki, maaşa aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, eləcə də artıq iş vaxtına …
Read More »Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan …
Read More »Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb
Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür. Boyukmillet.com xəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər. Dövlət başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə …
Read More »Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar təsdiqlənib
Azərbaycanda terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzalar təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklikləri imzalayıb. Sənədə əsasən, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunur ki, bu da terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət …
Read More »Prezidentdən bu şəxslərin övladları ilə bağlı SƏRƏNCAM
Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklikləri təsdiq edib. Vergi Məcəlləsinə edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 …
Read More »AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub – VİDEO
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası baş tutub. İclasda təşkilati məsələlər, komissiyaların formalaşdırılması və bir sıra mühüm qərarlar müzakirə edilib. İclası giriş sözü ilə açan AQC İdarə Heyətinin sədri Vüqar Oruc Cəmiyyətin son dövrlərdəki fəaliyyəti və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Sədr qiymətləndirmə sahəsində peşəkarlığın artırılmasının və beynəlxalq standartların tətbiqinin vacibliyini vurğulayıb. İclasın gündəliyinə uyğun olaraq, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar