Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Dövlət Təhlükəsizliyi Xidmətində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb

Azərbaycanda kiber təhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində fəaliyyətə başlayıb.

Boyukmillet.com xəbər verir ki, bunu DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.

O qeyd edib ki, kiber təhqiqatın həm prosessual kiber təhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kiber tədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək:

“Bu istiqamət üzrə həm “cyber investigation”, həm də “cyber examination” bölmələri tandemdə işləyərək kiber təhlükələrə qarşı, xüsusən APT tipli ciddi kiber təhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur”.

Check Also

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Boyukmillet.com Qaynarinfo-ya istinadla bildirir …