Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib

Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini təyin edilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb.

G. Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. O, 2014-cü ilin iyulundan – Odessanın prokuroru, 2015-ci ilin dekabrından – Odessa vilayəti prokurorunun müavini postunu tutub.

Ukrayna hakimiyyəti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib.

2019-2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini olub.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …