Bazar , 29 Dekabr 2024

Digər ölkələr

ABŞ-da dörd polis güllələnib

ABŞ-ın Texas ştatının Levelland şəhərində dörd polis əməkdaşı güllə yarası alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə şəhər polis idarəsinin yaydığı məlumatda deyilir. Belə ki, evində gizlənən silahlı şəxs əraziyə gələn polislərə atəç açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb. Qeyd olunub ki, onlardan ikisinin vəziyyəti ağırdır. Yerli telekanallar yaralanan polislərdən birinin öldüyü barədə məlumat yaysa da, xəbər rəsmi təsdiqlənməyib.

Read More »

Almaniyada sel fəlakəti: 1,3 min nəfər itkin düşüb, 58 sakin ölüb

Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “FOCUS Online” öz hesablamalarına istinad məlumat yayıb. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölənlərin ailə üzvlərinə başsağlığı verib. Almaniyanın qərbindəki Arvayler bölgəsinin səlahiyyətliləri bildirib ki, hal-hazırda təxminən 1,3 min nəfər itkin düşüb . Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb …

Read More »

Floridada çökən binada ölənlərin sayı 97 nəfərə yüksəldi

Floridanın Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində iki həftə bundan əvvəl yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 97-ə çatıb. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin bələdiyyə başçısı Daniella Livayn Kava mətbuat konfransında bildirib. Bildirib ki, uçqunda daha 2 nəfərin meyiti dağıntılar arasından çıxarılıb. Onun sözlərinə görə, uçqunda itkin düşənlərin sayı 12 nəfərdir.

Read More »

“Taliban”: “Pakistanla sərhəddə keçid-buraxılış məntəqəsini ələ keçirmişik”

“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhəddində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirdiyini iddia edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır. Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. “Taliban” qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.

Read More »

Argentinada son sutkada 20 mindən çox insanda COVID-19 aşkar edildi

Argentinada son sutkada daha 20 023 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib. Boyukmilllet.com  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi öz Twitter hesabında məlumat yayıb. Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 4 682 960-a çatıb. Bildirilib ki, yeni növ koronavirus infeksiyasına yoluxan 99 640 pasiyent dünyasını dəyişib.

Read More »

Kubadakı toqquşmalarda 1 nəfər öldü

Kubadakı iğtişaşlar nəticəsində ən azı bir nəfər ölüb. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki bu barədə Kuba Xəbər Agentliyi məlumat verib. Bazar ertəsi günü Arroyo-Naranxo bölgəsindəki Havanada polislə toqquşmalarda 36 yaşlı Kuba vətəndaşı, ölümcül xəsarət aldığı qeyd edilib. Agentlik qeyd edib ki, Daxili İşlər Nazirliyi vətəndaşın vəfatı ilə əlaqədar başsağlığı verib.

Read More »

İraqda koronavirus xəstəxanasında baş verən yanğında ölənlərin sayı artır

İraqda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 124 nəfərə yüksəlib. Boyukmillet.com  “TASS”a istinadən xəbər verir ki, bu barədə Al-Hadath televiziyası məlumat yayıb. Bundan əvvəl faciənin 92 qurbanı haqqında məlumat verilmişdi. Qeyd olunur ki, hazırda, cəsədlərin tanınması prosesi davam edir. Hadisə qurbanlarının cəsədləri hələ demək olar ki, tamamilə yanmış binada qaldığı ehtimal edilir.

Read More »

Əfqanıstanın 13 əyalətində döyüşlər davam edir, 267 silahlı ölüb, 119-u yaralanıb

Əfqanıstanın 13 əyalətində ordu ilə “Taliban” silahlı qruplaşması arasında döyüşlər davam edir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, iyulun 13-də gecə döyüşləri nəticəsində qruplaşmanın 267 silahlısı öldürülüb, 119-u yaralanıb, 4-ü həbs edilib. Məlumata görə, “Taliban”ın çoxlu sayda silah-sursatı məhv edilib. Açıqlamada vurğulanıb ki, qruplaşma üzvləri Nanqarhar, Laqman, Qəndahar, Herat, Bəlx, Fəryab, Cauzcan, Hilmənd, Bədəxşan, …

Read More »

İraqda xəstəxanada yanğında ölənlərin sayı 77-yə çatıb, ölkədə matəm elan olunacaq – YENİLƏNİB

İraqın cənubunda yerləşən Di-kap əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb. Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri Səddam ət-Tavil istefa verib. İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi üçün matəm elan olunması və yanğının araşdırılması …

Read More »

Əfqanıstanın Tacikistanla sərhəddəki rayonları “Taliban”dan geri alınıb

Əfqanıstan Silahlı Qüvvələri və yerli özünümüdafiə dəstələri “Taliban” qruplaşmasının silahlılarını ölkənin Taciksitanla sərhəddə yerləşən Bədəxşan əyalətinin rayonlarından çıxarıblar. Boyukmillet.com “Sputnik Əfqanıstan”a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, döyüşlər nəticəsində “Taliban”ın 32 silahlısı ölüb, 14-ü yaralanıb. Məlumata görə, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat nəticəsində qruplaşmanın 4 avtomobili, silah və sursat məhv edilib.

Read More »