“Edam hökmlərinin hamısı icra olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni-Ejeyi bildirib. O, Tehranda çıxışı zamanı deyib ki, əməlləri və cinayətlərinə görə qanuna uyğun olaraq edam edilməli olanlar vicdan əzabı çəkmədən, təbii ki, tam hüquq normalarına, insaf və ədalətə uyğun olaraq cəzaları icra edilib və ya icra olunacaq. Qeyd edək ki, edam heç də həmişə …
Read More »Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, nəticələri mayın 30-da ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener elan edib. Onun sözlərinə görə, hakim Ədalət və İnkiişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Milliyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ …
Read More »Volodimir Zelenski: “Putin 2 il ərzində mənimlə dialoqdan yayınıb”
“Rusiya Prezidenti Vladimir Putin iki il ərzində mənimlə dialoqdan yayınıb və hətta o, telefon danışıqlarına da yaxın durmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski Koreyanın “Chosun İlbo” nəşrinə müsahibəsində deyib. O bildirib ki, bundan sonra danışıqlar yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasından sonra mümkün olacaq. V.Zelenski V.Putinin Ukraynanı ələ keçirmək və Ukrayna dövlətçiliyini məhv etmək istəyi olduğunu …
Read More »Türkiyə konstitusiyası dəyişdirilə bilər
“Konstitusiyanın dəyişdirilməsi mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber”ə müsahibəsində deyib. O bildirib ki, konstitusiyanın dəyişikliyi ilə bağlı müxalifətlə müzakirələri davam etdirirlər: “Müxalifətin fikirlərini öyrənirik. Dediyim kimi, işlərimiz davam edir. Layihələr təklif edildikdən və ortaq məxrəcə gəldikdən sonra bu, mümkündür”. F.Oktayın sözlərinə görə, konstitusiya dəyişikliyinin 2023-cü ildə həyata keçirilməsi istisna deyil. Vitse-prezident bildirib ki, bundan …
Read More »Kreml Moskvaya hücumla bağlı açıqlama verib: “Putin bu barədə danışmayacaq”
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı açıqlama verib. Boyukmillet.com xəbər verir ki, o, hücumla bağlı hansısa planın gündəlikdə olmadığını söyləyib. Kremlin sözçüsü həmçinin Prezident Vladimir Putinin bu barədə danışmayacağını vurğulayıb. D.Peskov hücum nəticəsində itkilərin və şəhər sakinləri üçün heç bir təhlükənin olmadığını bildirib. Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum …
Read More »Bayden Ərdoğanla F-16 qırıcılarını və İsveçin NATO-ya üzvlüyünü müzakirə edib
ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankaranın mümkün Amerikanın F-16 qırıcılarını alması məsələsini müzakirə edib. Dövlət başçıları Türkiyənin etiraz etdiyi İsveçin NATO-ya daxil olması mövzusuna da toxunublar. Bu barədə Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir. Mövzular Baydenin telefon danışığı zamanı prezident seçkilərindəki qələbəsi münasibətilə Ərdoğanı təbrik edərkən müzakirə olunub. “Ərdoğanla danışdım. Ərdoğanı təbrik etdim. O, hələ də F-16-da nəsə …
Read More »Kosovoda toqquşmalarda NATO-nun 20-dən çox hərbçisi yaralanıb
Kosovonun şimalında serblərlə toqquşmalarda NATO-nun beynəlxalq missiyasının 20-dən çox əməkdaşı yaralanıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə missiyanın yaydığı məlumatda deyilir. “Zveçan bələdiyyəsində keçirilən etiraz nümayişçilərinin qarşısının alınması zamanı çoxmillətli kontingentin 25-ə yaxın hərbçisi yaralanıb”, – məlumatda qeyd edilir. Bildirilir ki, missiyanın italyan, macar kontingenti daha çox hücuma məruz qalıb və müxtəlif xəsarətlər alıblar. Onlara tibbi yardım göstərilib, hazırda …
Read More »Paşinyan yenə Moskvaya gedir
İyunun 7-9-da Rusiya Baş naziri Mixail Mişustin Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov deyib. “Mişustin iyunun 7-9-da Paşinyanı Moskvada qəbul edəcək”,- Paltov bildirib.
Read More »Budanov Rusiyanı təhdid etdi: Cavab gecikməyəcək
Rusiyanın növbəti terror aktı cəhdi bu dəfə də uğursuzluqla nəticələndi. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat idarəsinin rəhbəri, general Kirill Budanov deyib. “Rusiyada hələ də inanırlar ki, Ukraynanı qorxutmaq mümkündür. Sizi məyus edərək bildirmək istəyirəm ki, belə deyil. Ukraynanın cavabı gecikməyəcək, tezliklə hər kəs görəcək”, – Budanov bildirib. Qeyd edək ki, bu gün Rusiya Kiyev vilayətini raket və …
Read More »Ukrayna İrana qarşı sanksiyalar tətbiq etdi
Ali Rada Rusiyanı pilotsuz təyyarələr və silahlarla təmin etməsi səbəbindən İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bunu ukraynalı deputat Aleksey Qonçarenko deyib. İrana qarşı sanksiyaların tətbiqini 328 deputat dəstəkləyib. Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış etmişdi.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar