Bazar ertəsi , 13 May 2024

Digər ölkələr

ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi “Türk evi” açılacaq

ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binası açılışa hazırdır. “Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-Yorkdakı Baş Konsulluğunun yerləşəcəyi binanın açılışını BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək. Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” …

Read More »

Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Boyukmillet.com  xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Read More »

ABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırıb

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Boyukmillet.com xəbər verir ki, ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında yerli ABC7 telekanalı süjet hazırlayıb. Xəbərdə bir cinayətkarın hazırladığı terror planından və F.Məmmədovun həmin planı at-üst edən qəhrəmanlığından bəhs olunur. Belə ki, F.Məmmədov iyulun 9-da gecə yarısı müşahidə kamerasında gördüyü terrorçu haqqında 911-ə …

Read More »

Dövlət Departamenti Səudiyyə Ərəbistanı ilə hərbi müqaviləni təsdiqlədi

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında olan ABŞ istehsalı helikopterlərin texniki qulluğuna dair hərbi müqaviləni təsdiq edib. Boyukmillet.com xəbər verir ki, müqavilənin dəyəri təxminən 500 milyon ABŞ dollarıdır. Söhbət “AH-64D/E Apache”, “UH-60L Black Hawk”, “UH-60M Black Hawk”, “Schweizer 333”, “Bell 406CS” və “Boeing” şirkətinin “CH-47F Chinook” helikopterlərindən gedir. Konqres qərarla bağlı məlumatlandırılıb. Qanunvericilərə bu yeni hərbi müqaviləni öyrənmək və bəlkə də …

Read More »

Rusiya Dövlət Dumasına seçkilər başlayıb

Səkkizinci çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb. Boyukmillet.com xəbər verir ki, seçki məntəqələri ilkin olaraq Çukotka və Kamçatkada açılıb. Qeyd edək ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edəcək. Həmçinin Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq. 450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb. Pandemiya ilə …

Read More »

BMT Baş Assambleyasının yeni rəhbəri prioritet məsələləri açıqlayıb

“BMT Baş Assambleyasının icra gücü Təhlükəsizlik Şurasından daha çoxdur. Baş Assambleya 193 üzv ölkəni təmsil edən yeganə qurumdur və bu qurumun qərarlarını beynəlxalq vicdan verir”. Boyukmillet.com  xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının yeni prezidenti, Maldivin xarici işlər naziri Abdulla Şahid sələfindən səlahiyyətlərini təhvil aldıqdan sonra keçirdiyi mətbuat konfransında deyib. Bir il ərzində 76-cı sessiyaya rəhbərlik edəcək A.Şahid …

Read More »

Голова Харківської обласної ради та Почесний консул Азербайджанської Республіки в м. Харків обговорили низку питань

Почесний консул Азербайджанської Республіки в м. Харків Афган Салманов зустрівся з головою Харківської обласної ради Тетяною Єгоровою-Луценко. Були обговорені питання розвитку економічних, культурних, наукових, туристичних та інших зв’язків між Харківщиною та Азербайджанською Республікою.Афган Салманов розповів, що цього тижня до Харкова прибуває делегація високоповажних гостей з Азербайджану. «Було б непогано провести розширену нараду та обговорити сфери подальшої співпраці. Також потрібно вивчити …

Read More »

Bu gün BMT Baş Assambleyasının 76-cı sessiyası başlayır

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası başlayır. Boyukmillet.com xəbər verir ki, ötən il yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbiylə yubiley sessiyasının açılışı videoformatda keçib. Bu il çoxlu sayda yeksək səviyyəli qonaqların gələcəyi gözlənilir. Baş Assambleya sədrinin səlahiyyətlərini, Maldiv adalarının xarici işlər naziri vəzifəsində çalışan Abdullah Şahid yerinə yetirəcək, Təhükəsizlik Şurasına sentyabr ayında İrlandiya …

Read More »

Filippində “Konson” qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb

Filippində “Konson” qasırğasının səbəb olduğu qəzaların qurbanlarının sayı 17 nəfərə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Risklərin Azaldılması və Qəzalar İdarəsi üzrə Milli Şuraya (NDRRMC) istinadən yerli “Philstar” mətbu orqanı bildirib. Qeyd edilir ki, qasırğa daha 14 nəfərin həyatına son qoyub. Ölkənin mərkəzi hissəsində təxminən doqquz min binaya zərər dəyib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Təbii fəlakət zamanı 7 nəfər itkin düşüb, …

Read More »

İraqda Ərbil hava limanının yaxınlığına üç raket düşüb

İraqın şimalında yerləşən Ərbil hava limanı yaxınlığına ən azı üç raket düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə şahidlərə istinadən “Reuters” agentliyi məlumat yayıb. Qeyd olunub ki, raketlər ABŞ Silahlı Qüvvələrinin yerləşdiyi əraziyə düşüb. Şahidlər altı partlayışın eşidildiyini bildiriblər. İnsan tələfatı barədə məlumat verilmir.

Read More »