Bazar ertəsi , 13 May 2024

Digər ölkələr

Almaniyada təyyarə qəzaya uğradı, ölənlər var

Almaniyanın Baden-Württemberg əyalətinin Böblinqen bölgəsində yüngül mühərrikli bir təyyarə qəzaya uğrayıb. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə SWR televiziya və radio şirkəti məlumat yayıb. Bildirilir ki, qəza nəticəsində üç nəfər ölüb. Ölənlərin şəxsiyyətləri müəyyən edilməyib. Cəsədlərin axtarışı üzrə işlər davam etdirilir.

Read More »

Ermənistanda əsgər hərbçi yoldaşını güllələyərək öldürüb

Ermənistan Silahlı Qüvvələrinin 20 yaşlı hərbçisi, sıravi əsgər Artur Kazaryan qeyri-döyüş şəraitində ölüb. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, 2001-ci ildə anadan olan Artur Kazaryan hərbçi yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan güllədən ölüb. Fakt üzrə araşdırma aparılır.

Read More »

Yaponiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13-ə yüksəldi

Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə yüksəlib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Yomiuri qəzeti xəbər verib. Qeyd edilir ki, təxminən 16 insan itkin düşmüş hesab edilir. Ancaq qeyd olunur ki, bu say arta bilər. İtkin düşənlərin axtarışı üzrə əməliyyat dünən səhər yenidən davam etdirilib. Sürüşmə nəticəsində təxminən 130 ev dağıntıya məruza qalıb. …

Read More »

Almaniyanın qərbindəki daşqınlar 360 nəfərə zərər vurub

Almaniyanın qərbindəki Arvayler bölgəsindəki (Reynland-Pfalz) daşqınlar ən azı 362 nəfərə zərər vurub. Boyukmillet.com xəbər verir ki, “Ak-Kurier” portalı Koblenzdəki polis mənbələrinə istinadən məlumat yayıb. 62 nəfər təbii fəlakətin qurbanı olub. Hüquq-mühafizə orqanları ölənlərin və yaralananların sayının artacağını istisna etmir.

Read More »

Cənubi Afrikada iğtişaşlarda ölənlərin sayı artır

Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbsə alınması ilə bağlı bir həftədir başlayan iğtişaşlar əsnasında ölənlərin sayı 212-yə çatıb. Boyukmillet.com  SABC News-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti yanında müvəqqəti nazir Xumbudzo Ntşaveni brifinqdə bildirib. Onun sözlərinə görə, Qautenq əyalətində hadisələrlə əlaqədar olaraq 32 nəfər ölüb, 137 nəfər isə saxlanılıb. “Qautenq əyalətində iğtişaşlara görə, ümumilikdə 862 nəfər saxlanılıb. KvaZulu-Natal əyalətində …

Read More »

Öldürülən Haiti prezidentinin mühafizəsinin rəhbəri tutuldu

Haiti polisi keçən həftə öldürülən Prezident Jovenel Moizin mühafizə xidmətinin rəhbəri Dmitri Erarı həbs edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ayiti Today” xəbər portalı məlumat yayıb. O, dövlət başçısının iqamətgahına hücum zamanı müvafiq tədbirlər görməməkdə günahladırılır. Dmitri Erar Haiti Prezidenti Jovenel Moizin qətli ilə bağlı aparılan istintaq çərçivəsində dindirilmək üçün prokurorluğa çağırılmışdı. Lakin o ifadə verməkdən boyun qaçırmışdı.

Read More »

ABŞ-da dörd polis güllələnib

ABŞ-ın Texas ştatının Levelland şəhərində dörd polis əməkdaşı güllə yarası alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə şəhər polis idarəsinin yaydığı məlumatda deyilir. Belə ki, evində gizlənən silahlı şəxs əraziyə gələn polislərə atəç açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb. Qeyd olunub ki, onlardan ikisinin vəziyyəti ağırdır. Yerli telekanallar yaralanan polislərdən birinin öldüyü barədə məlumat yaysa da, xəbər rəsmi təsdiqlənməyib.

Read More »

Almaniyada sel fəlakəti: 1,3 min nəfər itkin düşüb, 58 sakin ölüb

Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “FOCUS Online” öz hesablamalarına istinad məlumat yayıb. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölənlərin ailə üzvlərinə başsağlığı verib. Almaniyanın qərbindəki Arvayler bölgəsinin səlahiyyətliləri bildirib ki, hal-hazırda təxminən 1,3 min nəfər itkin düşüb . Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb …

Read More »

Floridada çökən binada ölənlərin sayı 97 nəfərə yüksəldi

Floridanın Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində iki həftə bundan əvvəl yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 97-ə çatıb. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin bələdiyyə başçısı Daniella Livayn Kava mətbuat konfransında bildirib. Bildirib ki, uçqunda daha 2 nəfərin meyiti dağıntılar arasından çıxarılıb. Onun sözlərinə görə, uçqunda itkin düşənlərin sayı 12 nəfərdir.

Read More »

“Taliban”: “Pakistanla sərhəddə keçid-buraxılış məntəqəsini ələ keçirmişik”

“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhəddində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirdiyini iddia edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır. Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. “Taliban” qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.

Read More »