Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ərdoğan Şimali Kiprin prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfəri çərçivəsində prezident Ersin Tatar ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, Türkiyə və KKTC liderləri Lefkoşadakı “Concorde” otelində təkbətək görüş keçiriblər.

Görüşdən sonra iki lider Şimali Kipr Türk Respublikası vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi haqqında Saziş və Şimali Kipr Türk Respublikasının Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Mərkəzinin yaradılması prosesində Türkiyənin göstərəcəyi dəstək haqqında Anlaşma Memorandumu imzalayıblar.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …