Bazar , 19 May 2024
Drone Cameras

İrandan Qərbin sanksiyalarına cavab: Təkrar və mənasızdır

“İranın milli suverenliyinə, tərəflərin təhlükəsizliyinə və ümumi maraqlara hörmətə əsaslanan yeni siyasət qəbul edilməlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bir sıra Avropa ölkələrinin və ABŞ-nin İrana qarşı sanksiyalarına cavabında deyib.

Nasir Kənani ABŞ və Avropa ölkələrinin sanksiyalarını mənasız olaraq qiymətləndirib: “Təəssüflər olsun ki, insan haqları və qadın hüquqları ilə bağlı qaranlıq keçmişi olan bəzi tərəflər razılaşdırılmış və çılğın bir addımla İranda fitnə toxumu səpmək üçün siyasi və dəyərsiz bəyanatlar verirlər. Onlar təkrar və mənasız sanksiyalar tətbiq etməkdə israrlıdırlar”.

XİN sözçüsü İrana qarşı bu davranışların qeyri-konstruktiv olduğunu söyləyib və bildirib ki, qarşı tərəflər bu davranışları davam etdirməyin elə onların maraqlarına uyğun olmadığını anlamalıdırlar: “Bu qeyri-konstruktiv davranışların davam etdirilməsinin heç bir şəkildə onların maraqlarına uyğun olmadığını anlamalıdırlar. İran xalqına, İran İslam Respublikasının milli suverenliyinə, tərəflərin təhlükəsizliyinə və ümumi maraqlarına hörmətə əsaslanan yeni siyasət qəbul edilməlidir”.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …