Bazar , 19 May 2024
Drone Cameras

Ərdoğan İsrailə səfər edə bilər

“Türkiyə və İsrail bir çox sahədə əməkdaşlıq edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.

Dövlət başçısı İsrailin Baş naziri Binyamin Netanyahunun Ankaraya gözlənilən səfərindən də danışıb.

“Səfər tarixi ilə bağlı Xarici İşlər Nazirliyimiz işlərini davam etdirir. Düşünürəm ki, Netanyahunun xəstəliyi səbəbindən həyata keçirə bilmədiyi və təxirə salınan Türkiyə səfəri təxminən oktyabr-noyabr ayları arasında baş tutacaq. Bu səfərin ən uyğun zamanda reallaşmasını təmin etmək üçün danışıqlar davam edir. Bildiyiniz kimi, bu işlərin katibliyi Türkiyə və İsrailin xarici işlər nazirlərinə məxsusdur. Bundan sonra cavab səfərimizi edəcəyik”,- Türkiyə Prezidenti əlavə edib.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə və İsrail arasında bir çox sahədə əməkdaşlıq var və yeni əməkdaşlıq sahələrinin yaranması da faktdır: “Xüsusilə Avropa Rusiya-Ukrayna müharibəsindən sonra konyukturanın təsiri ilə dayanıqlı enerji mənbələri axtarışındadır. Hər kəsə məlumdur ki, İsrail öz ehtiyatlarını Avropaya daşımağa çalışır. Ən rasional yol bu resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Son görüşümüzdə bunu müzakirə etdik, biz işə başladıq. Digər tərəfdən, qazma işlərində də əməkdaşlıq imkanları var. Bununla bağlı texniki araşdırmaların aparılması üçün müvafiq dostlarımıza göstərişlər vermişik. Ən qısa zamanda həm Türkiyə, həm də İsraildəki görüşlərimiz zamanı marşrut, qrafik və qazma sahələri kimi detalları dəqiqləşdirəcəyik”.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …