Bazar , 12 May 2024

Digər ölkələr

Yəməndəki qiyamçılar “Saudi Aramco”nun obyektini raket atəşinə tutub

Yəməndəki qiyamçı husi silahlıları Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən ölkənin milli neft şirkəti – “Saudi Aramco”nun obyektlərini raket atəşinə tutub. Boyukmillet.com  “Reuters” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı qanadlı raketlərdən istifadə edilib. Rəsmi Ər-Riyad və “Saudi Aramco”nun nümayəndəliyi hadisə ilə bağlı açıqlama verməyib. Qeyd edək ki, Yəməndəki “Ənsari-Hizbullah” adlanan husi qiyamçılarını ABŞ terrorçu təşkilatlar siyahısına salıb.

Read More »

Tramp Baydenin siyasətini kəskin tənqid edib

ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp Co Baydenin prezident olduğu ilk ayda yürütdüyü siyasəti kəskin tənqid edib. Boyukmillet.com-un məlumatına görə, Tramp sələfini ABŞ tarixinin ən pis prezidenti adlandırıb. “O, artıq işlərə, ailələrə, sərhədlərə, enerjiyə, qadınlara və biliklərə qarşı olduğunu göstərdi. Biz hamımız Bayden rəhbərliyinin pis olacağını bilirdik, amma heç kim bu qədər pis olacağını bilmirdi”. Onun sözlərinə görə, Amerika ilk …

Read More »

Hindistanda valideynlər böyük qızlarını müalicə etdirmək üçün kiçik qızlarını satıb

Hindistanda valideynlər böyük qızlarının müalicə xərclərini ödəmək üçün 12 yaşlı qızlarını satıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “The Times of India” yayıb. Onlar yeniyetmə qızı 46 yaşlı qonşularına 10 min rupiyə (136 ABŞ dolları) satıblar. Bildirilib ki, artıq 46 yaşlı kişi ilə 12 yaşlı yeniyetmənin nikah mərasimi baş tutub. Bir müddətdən sonra isə həmin kişi hər gün evdə səs-küy saldığına …

Read More »

Meksikada hərbi təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus “Learjet” təyyarəsi qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Universal” qəzeti polisə istinadən bildirib. Məlumata görə, hadisə ölkənin şərqindəki Verakrus ştatında, Xalapa şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarədə 7 nəfər olub. Onların hamısı qəzada həlak olublar. Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndələri gəlib. Meksikanın Müdafiə Nazirliyi hələlik qəzanı şərh etməyib. Faciənin başvermə səbəbləri barədə …

Read More »

“Taliban” nəzarət məntəqəsinə hücum edib: 9 döyüşçü ölüb, 10-u yaralanıb

Fevralın 18-də gecə saatlarında “Taliban” qruplaşmasının silahlıları Əfqanıstanın Daykundi əyalətinin Patu qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsinə hücum edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Əfqanıstanın “1TV” telekanalı yayıb. Nəticədə hakimiyyətyönlü silahlı dəstənin 9 döyüşçüsü ölüb, 10-u yaralanıb.

Read More »

İspaniyada etiraz aksiyalarında onlarla insan saxlanıldı

İspaniyada terrorçuluğu təbliğ etməkdə təqsirləndirilən reper Pablo Aselin həbsinə etiraz olaraq keçririlən aksiyada 49 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Periodico” qəzeti məlumat verib. Məlumata görə, etirazçılar Barselonanın və Madridin mərkəzində, həmçinin Kataloniyada və Qranada əyalətində qarışıqlıqlar zamanı saxlanılıblar. Paytaxtda etiraz aksiyası mərkəzi “Puerta-del-Sol” meydanında başlayıb. Aksiyanın aqressiv iştirakçıları polisə müxtəlif əşyalar atmağa, şəhərə ziyan vurmağa başlayıblar. Nəticədə polis …

Read More »

ABŞ-da 133 avtomobil toqquşub, 65 nəfər xəsarət alıb, 9 nəfər ölüb – YENİLƏNİB

ABŞ-ın Texas ştatının şimal-şərq hissəsində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı 6 nəfərə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dallas Morning News” hakimiyyət orqanlarına istinadən bildirib. Qeyd edilir ki, yol qəzasında xəsarət alanların da sayı artaraq 65 nəfərə yüksəlib. Onlar xəstəxanaya yerləşdirilib. Daha əvvəl Fort-Uert şəhərinin Polis İdarəsinin nümayəndəsi Deniel Sequra qəza zamanı 5 nəfərin öldüyünü bildirib. Texasın mərkəzi magistrallarından birində …

Read More »

Çin və Hindistan mübahisəli bölgədə qoşun yerləşdirir

Çin və Hindistan aralarındakı mübahisəli sərhəd ərazisinə sinxron olaraq qoşun yerləşdirməyə başlayıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi bildirib. Çin Müdafiə Nazirliyinin sözçüsü U Syan deyib ki, ordu komandanlığı səviyyəsində tərəflər arasında aparılan danışıqların 9-cu raundunda əldə edilən konsensusa əsasən, Hindistan və Çin qoşunları fevralın 10-dan Panqonq-So gölünün şimal və cənub sahilində planlaşdırılmış şəkildə …

Read More »

Nigeriyada silahlı hücum nəticəsində 23 nəfər ölüb

Afrikanın qərbində yerləşən Nigeriyada naməlum silahlıların hücumu nəticəsində 23 nəfər ölüb. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Kaduna əyaləti daxili təhükəsizlik və daxili işlər komissarı Samuel Aruvan bildirib. Onun sözlərinə görə, həmin şəxslər ölkənin Birnin Gvari, Giva, Çikun, İgabi və Kauru əyalətlərinə hücum ediblər. Aruvan hücumlar nəticəsində 23 nəfər öldüyünü, çoxlu sayda insanın yaralandığını təsdiqləyib. Məlumata …

Read More »

Tanzaniyada onlarla insan naməlum xəstəliyə yoluxub, azı 15 nəfər ölüb

Tanzaniyada naməlum xəstəlik azı 15 nəfərin həyatına son qoyub. Boyukmillet.com  xəbər verir ki, bu barədə ölkənin səhiyyə sisteminin nümayəndələrinə istinadən “Anadolu” agentliyi bildirib. Səhiyyə nümayəndələrinin sözlərinə görə, infeksiya qanla qusmaya səbəb olur. Artıq infeksiyaya yoluxmuş 50-dən çox pasiyent xəstəxanaya yerləşdirilib. “Bu xəstəlik hələ geniş yayılmayıb, yalnız bir inzibati dairədə kütləvi yoluxma olub”, – Çunya dairəsinin baş həkimi Felista Kisandu deyib. Onun sözlərinə …

Read More »