Bazar , 28 Aprel 2024

Digər ölkələr

Bağdaddakı terror aktlarının təşkilatçıları məlum oldu

İŞİD terror qruplaşması Bağdadda törədilən terror aktlarına görə məsuliyyəti üzərinə götürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ekstremistlərin təbliğat resurslarına istinadən “Agency France Presse” məlumat yayıb. Bağdadda iki terror aktı cümə axşamı səhər saatlarında Əl-Bab əş-Şarkiy ərazisindəki bazarlardan birində törədilib. İraqın Hərbi Qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Rəsul bildirib ki, ölkənin təhlükəsizlik xidmətləri terrorçuları təqib edən vaxt onlar partlayıcı qurğunu işə …

Read More »

Bağdadda terror hücumunda ölənlərin sayı 32-yə çatdı

İraqın paytaxtı Bağdadda baş verən terror aktı nəticəsində ölənlərin sayı 32-yə, yaralananların sayı isə 110-a yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. 16:34 Bu gün Bağdadın mərkəzində törədilən terror hücumu nəticəsində ölənlərin sayı 28-ə, yaralananların sayı isə 73-ə yüksəlib. Boyukmillet.com “Al Arabiya”ya istinadən xəbər verir ki, bazarın yerləşdiyi Ət-Təyəran meydanı yaxınlığında dalbadal iki partlayış baş verib. …

Read More »

Cozef Baydenin andiçmə mərasimindən sonra iğtişaşlar olub

ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin dünənki andiçmə mərasimindən sonra ölkənin qərb sahillərində yerləşən Portland və Sietl (Seattle) şəhərlərində solçu hərəkatları iğtişaş törədiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə hər iki şəhərin polis departamentləri “Twitter” səhifəsindən bildiriblər. “Fox News” xəbər verir ki, Sietlin mərkəzində etirazçılar məhkəmə binasını və “Amazon”un dükanını dağıdaraq dövlət bayrağını yandırıblar. İki nəfər saxlanılıb. Portlandda isə Demokrat Partiyasının şəhər …

Read More »

Putinlə Bayden görüşəcəkmi?

“Pandemiya şəraitində əyani, həmçinin ən yüksək səviyyədə keçirilən tədbirlərin bərpası perspektivləri barədə danışmaq çətindir”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. “Biz siyasi təmaslar cədvəlinin formalaşdırılmasının epidemioloji durumun normallaşması, bu cür görüşlərin məzmunu, çoxtərəfli tədbirlərdəki ünsiyyət imkanlarından asılı olacağı ehtimalından çıxış edirik”, – diplomat vurğulayıb. Onun sözlərinə görə, istənilən halda bütün planlar ABŞ-ın yeni administrasiyası ilə …

Read More »

Bayden and içərək prezident kimi fəaliyyətə başladı

ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilir. Boyukmillet.com-un məlumatına görə, ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb. Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib. Mərasimdə müğənni Ledi Qaqa Amerika Birləşmiş Ştatların himnini ifa edib. Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, vitse-prezident Mayk Pens ötürüb. Pandemiya səbəbindən mərasim sosial məsafənin saxlanılması şəraitində təşkil edilib. Xüsusilə, …

Read More »

Donald Tramp yeni siyasi partiya yaradır

ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp son zamanlar öz tərəfdarları ilə yeni siyasi partiyanın yaradılması imkanlarını müzakirə edib. Boyukmillet.com-un məlumatlna görə, bu barədə “The Wall Street Journal” qəzeti bildirib. Məlumata görə, dövlət başçısı siyasi təşkilatını Vətənpərvərlik Partiyası adlandırmaq istəyir. Qəzet yeni partiyanın yaradılması üçün ciddi investisiyaların tələb olunacağını qeyd edib. Eyni zamanda Trampın çoxlu sayda tərəfdarı var, bəziləri iqtidara gəlməzdən əvvəl Respublikaçılar …

Read More »

Dünyanın gözü sabah bu şəhərdə olacaq: Bayden andiçməyə hazırlaşır

Vaşinqton şəhərində ABŞ-ın 46-cı prezidenti seçilən Cozef Baydenin andiçmə mərasiminə hazırlıqlar davam edir. Boyukmillet.com xəbər verir ki, ölkə tarixində 59-cu dəfə keçirilən prezident seçkisinin inauqurasiya mərasimi yanvarın 20-i yerli vaxtla 09:00-da Kapitoli yaxınlığında baş tutacaq. Artıq mərasim ərəfəsində Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmi məlumata görə, hazırda Milli Qvardiyanın 20 min hərbçisi və hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda keşik çəkir. Ağ evin …

Read More »

Çində koronavirusun yeni episentri aşkarlanıb

Çində son sutkada 118 nəfərdə COVID-19 aşkarlanıb, bunlardan 106-sı ölkə daxilində müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bunu Çinin Dövlət Səhiyyə Komitəsi açıqlayıb. Lakin son 24 saatda ölkədə koronavirus ilə əlaqədar ölüm halı qeydə alınmayıb. Məlumata görə, ərazidaxili yoluxma hallarının sayına görə Szilin vilayəti episentrə çevrilib. Ötən gün həmin bölgədə 43 yoluxma faktı qeydə alınıb. Halbuki 2 gün öncə bu rəqəm 30 olub. Daha öncə ən ağır …

Read More »

Donald Tramp ABŞ prezidenti vəzifəsində vida çıxışını yazdı

ABŞ-ın hazırkı prezidenti Donald Tramp bazar ertəsi Vaşinqton administrasiyasının başçısı vəzifəsində vida videomüraciətini yazıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə mənbəyə istinadən CNN telekanalı bildirib. Telekanalın məlumatına görə, videoyazı çərşənbə axşamı elan oluna bilər, hərçənd son müddət hələ müəyyən edilməyib. Qeyd edilir ki, Tramp çıxışında onun fikrincə prezident postunda nailiyyətlərin ən əhəmiyyətlilərini sadalayacaq. Həmçinin müraciətində yeni administrasiya xatırlanır, ancaq seçilmiş prezident Co Baydenin …

Read More »

Tramp bəzi ölkələrin vətəndaşlarının ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi

Birləşmiş Ştatların hazırkı prezidenti Donald Tramp koronavirusa görə bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a giriş məhdudiyyətlərini ləğv edib. Bu barədə “Boyukmillet.com” xarici mətbuata istinadən xəbər verir. Trampın bununla bağlı imzaladığı fərmana əsasən, giriş qadağası Böyük Britaniya, İrlandiya, Braziliya, Şengen zonasının vətəndaşları üçün ləğv olunub. Bu halda Çin və İranla bağlı məhdudiyyətlər qüvvədə qalır. Fərmanda qeyd edilir ki, bu addım Səhiyyə Nazirliyi ilə …

Read More »