Bazar ertəsi , 13 May 2024

Digər ölkələr

Səudiyyə Ərəbistanı HƏDƏF ALINDI – Neft zavodunda GÜCLÜ PARTLAYIŞ – FOTO

Səudiyyə Ərəbistanının Energetika nazirliyi ölkənin cənubunda yerləşən Cazan bölgəsinə Yəməndəki Husi üsyançıları tərəfindən hücum edildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, raket zərbələri Cazan Neft Məhsulları Paylama Stansiyasına endirilib və güclü partlayış nəticədə anbarlardan birində güclü yanğın baş verib. Hadisə nəticəsində insan tələfatının olmadığı bildirilib.

Read More »

Çinin buna nail olmasına imkan verməyəcəm – Bayden

Çinlə qarşıdurma deyil, rəqabət quracağıq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. Çin lideri Si Szinpinlə çoxdan tanış olduğunu bildirən Bayden hakimiyyəti dövründə Çinin güclü ölkə olmasına icazə verməyəcəyini bildirib: “Çin dünyaya hakim və dünyanın ən zəngin, ən güclü ölkəsi olmağı hədəfləyir, ancaq bu, mənim prezidentliyim dövründə olmayacaq”.  

Read More »

Malidə hücum zamanı 33 hərbçi öldürülüb, 14 nəfər yaralanıb

Malinin şimalında hərbi hissələrdən birinə silahlı hücum nəticəsində onlarla hərbi qulluqçu həlak olub, daha bir neçə nəfər yaralanıb. Bu barədə Boyukmillet.com  “Anadolu” agentliyinə istinadən xəbər verir. Afrika ölkəsinin Müdafiə Nazirliyi bildirib ki, Ansanqo rayonundan 60 kilometr məsafədəki Tessit yaşayış məntəqəsində hərbi hissə silahlı terrorçuların hücumuna məruz qalıb. Hücum nəticəsində 33 hərbi qulluqçu öldürülüb, daha 14 nəfər xəsarət alıb. Yaralılardan 8-nin vəziyyəti …

Read More »

Suriyada raket atəşi nəticəsində dinc sakinlər xəsarət alıb

Suriyanın Hələb şəhərinin Kuveyres aeroportundan buraxılmış raketlər ölkənin şimalındakı Cerablus və Əl-Bab rayonlarındakı neft sisternlərinə və yaşayış məntəqələrinə düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdə yayılmış xəbərində deyilir. Qeyd edilən ərazilər Türkiyənin Silahlı Qüvvələrinin “Fərat qalxanı” antiterror əməliyyatı zonasında yerləşir. Nazirliyin məlumatına görə, hücum nəticəsində dinc əhali arasında bir neçə nəfər xəsarət alıb. Bəşşar Əsədə məxsus qüvvələr …

Read More »

PKK terrorçuları İraqda partlayış törədiblər, ölən və yaralanan var

PKK terrorçuları İraqda partlayış törədiblər, ölən və yaralanan var PKK terrorçuları tərəfindən İraqın şimalında Ərbil şəhərində təşkil edilən partlayış nəticəsində “peşmərgə” adlanan kürd silahlılarından biri həlak olub. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Rudaw” internet resursu bildirib. Məlumata görə, hadisə Sidekan yaşayış məntəqəsi ərazisində baş verib. Bildirilir ki, yolun kənarına qoyulmuş partlayıcı qurğu silahlıların olduğu avtomobil …

Read More »

İndoneziyada sərnişin avtobusu uçuruma yuvarlanıb, azı 26 nəfər həlak olub

İndoneziyada onlarla insanın həlak olması ilə nəticələnən ağır yol qəzası baş verib. Boyukmillet.com-un məlumatına görə, bu barədə yerli hakimiyyətin nümayəndəsinə istinadən “Sinxua” agentliyi bildirib. Qeyd edilir ki, hadisə Qərbi Yava vilayətində qeydə alınıb. Avtobusun uçuruma yuvarlanması nəticəsində azı 26 nəfər həlak olub. Məlumata görə, hadisə zamanı avtobusda 62 nəfər olub. Əraziyə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub, hazırda xilasetmə əməliyyatı aparılır.

Read More »

Papaya İraqda böyük ŞOK : Sünnilərin dini lideri Şeyx Əhməd Papa Francisin görüş təklifini RƏDD ETDİ – Prezidenti belə dinləmədi…

İraqın ən yüksək sünni dini lideri Şeyx Əhməd Həsən ət-Taha İraqı ziyarət edən Katolik dünyasının lideri Papa Françis ilə görüşməkdən imtina edib. Boyukmillet.com xəbər verir ki, bu haqda Türkiyənin “Türkiyə” qəzeti məlumat yayıb.  Qəzetə danışan İraqın adının çəkilməsini istəməyən yüksək vəzifəli bir məmuru, Şeyx Əhməd Həsən ət-Tahanın ziyarət öncəsi edilən bütün dəvətlərə rəğmən Papa ile yan yana gəlmə təklifini rədd etdiyini …

Read More »

ABŞ-da məktəbdə əl qumbarası partladı: Yaralılar var

ABŞ-ın Miçiqan ştatının Nyueyqo dairəsində yerləşən məktəblərin birində şagird sinfə əl qumbarası gətirib. TASS yerli polisə istinadən xəbər verir ki, qumbaranın partlaması nəticəsində altı nəfər xəsarət alıb. Bunlar qumbaranı gətirən məktəbli, onun dörd sinif yoldaşı və sinif rəhbəridir. Hadisə ilə bağlı araşdırma aparılır.

Read More »

Ukraynada müharibə başladı – separatçılar hücuma keçdi – 20 ölü…

Martın 7-də Ukraynanın ərazisində 7 ildir “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçılar Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurublar. “DXR” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıqlara baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər. Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri ardıcıl top atəşinə tutulub. Rusiya mənbələri …

Read More »

Suriyada YPG/PKK terrorçularının hücumu zamanı bir neçə nəfər yaralanıb

Suriyanın şimal-qərbində, Afrin şəhərinin Maryamin rayonunda YPG/PKK terrorçuları tərəfindən açılan raket atəşi nəticəsində bir neçə nəfər yaralanıb. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Zərbələr qruplaşma silahlılarının işğalı altında olan Tell-Rifat ərazisindən endirilib. Bildirilir ki, mərmi avtomobilə düşüb. Atəş nəticəsində nəqliyyat vasitəsi yararsız vəziyyətə salınıb və 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Afrin 18 mart 2018-ci ildə Türkiyə Silahlı …

Read More »